DSMF-də müşavirə keçirilib
Tarix: 22.05.2019 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Fondda sosial təminat sahəsində görülən işlərə, aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
İclasda Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin birinci rübünə dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamların icrası sahəsində görülmüş işlər müzakirə olunub. H.Məmişov cari il martın 1-dən pensiyanın minimum məbləğinin 40 faiz artırılaraq 160 manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin 15 aprel 2019-cü il tarixli Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 100% artırılmasının 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri də qeyd edib.
İclasda müvafiq artımların edilməsi üçün aparılmış işlər, DSMF-nin fəaliyyət sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR
15.02.2020
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info