“Bakıdakı finalda qələbəyə layiqik“
Tarix: 23.05.2019 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Hazırda yalnız növbəti həftə haqqında düşünürəm. Finaldan sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”.
Goal.az-n UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu "Chelsea"nin baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londonda təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, klubla 2 illik müqaviləsi var və İngiltərədə işini davam etdirməyə şad olar. Onun sözlərinə görə, final üçün Bakıya getmək "Chelsea" azarkeşləri üçün çətindir: “Adətən, Arsenal-la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Belə vəziyyətdə zədəli Ruben Loftus-Çik faydalı ola bilərdi. Arsenal-ın yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik. Yanvarda problemlərimiz vardı. Lakin onların öhdəsindən gəlməyimizdən razıyam. Qələbəni bütün futbolçular, texniki işçilər, klub üçün istəyirəm".
Çox yaxşı mövsüm keçirdiklərini deyən Sarri ümumilikdə 2-3 oyunda pis çıxış etdiklərini vurğulayıb: "Premyer Liqanı 3-cü sırada bitirdik və Liqa Kubokunda finala qədər gəldik. İndi bizim Avropa Liqasının finalında oynamaq imkanımız var. Qalib gəlsək, bizim üçün çox gözəl mövsüm olacaq. Chelsea Premyer Liqa vasitəsi ilə Çempionlar Liqasına vəsiqə qazanıb. Amma Arsenal ora düşmək üçün Avropa Liqasını qazanmalıdır. Belə vəziyyətdən bizim rəqibdən daha az motivasiyamız ola bilər. Amma rəqib də üzərindən bizdən çox təzyiq hiss edəcək. Yəni, bu məqamın hər iki tərəf üçün müsbət və mənfi tərəfləri var”.
Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi Nqolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu söyləyib. Sarri Loftus-Çikin 5 aydan sonra məşqlərə başlayacağını vurğulayıb: "Ruben bizim üçün çox cavib futbolçudur. Yəqin ki, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. O, 5 aydan sonra məşqlərə başlaya bilər".
Qeyd edək ki, "Chelsea" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi Arsenal ilə qarşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb
22.09.2019
Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info