Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
Tarix: 23.05.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsi çərçivəsində Nərimanov rayonundakı 178 saylı tam orta məktəbdə 22.05.2019-cu ildə dəyirmi masa keçirilib. Öncə 178 saylı məktəbin direktoru Laləndər Hasilova çıxış edərək Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir.
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti” mövzusunda keçirilən tədbirdə Fuad Hüseynzadə Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb.
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov öz fikirlərini məktəblilərlə bölüşüb. O, keçirdikləri tədbirlər haqda danışaraq bildirib ki, Yunanıstanda Azərbaycan haqqında az məlumatı olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığı qədər məlumatlar verir.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü, “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin eksperti Nigar Abdullayeva deyib ki, vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. “Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır”, deyə o əlavə edib.
Tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü Siyavuş Əmirli çıxış edərək xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqda ətraflı məlumat veriblər. Sonda məktəblilərin sualları cavablandırılıb.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info