Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
Tarix: 24.05.2019 | Saat: 11:20:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu proqram çərçivəsində Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa etdirilən 96 mənzilli yaşayış binasında da artıq son tamamlama işləri aparılır. Yaşayış binasında sakinlərin rahat yaşayışı, asudə vaxtlarının təşkili, həmçinin əlilliyi olan sakinlərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün müasir tələblərə uyğun şərait yaradılır. Burada nasosxana binası da inşa edilib, qazanxananın tikintisi, su, kanalizasiya, qaz, elektrik, rabitə təchizatı işləri başa çatmaqdadır. Binanın həyətində abadlıq və yaşıllaşdırma işləri də nəzərdə tutulub.
3 bloklu,12 mərtəbəli binadakı mənzillərin 36-sı 1 otaqlı, 48-i 2 otaqlı, 12-si 3 otaqlıdır.
Dövlət başçısının bu sahəyə xüsusi qayğısı nəticəsində ötən il şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, bu günədək isə 6654 mənzil təqdim edilib.
2019-cu ildə isə bu kateqoriyalara aid vətəndaşlara azı 800 mənzilin verilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info