Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib
Tarix: 05.08.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər. Qeyd edilən şəhər və rayonlardan ümumilikdə 40 vətəndaş qəbula qatılıb. Müraciət edən vətəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq və idman sahəsində fəxri ad almaq üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər. Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin araşdırılması, vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info