“DOST” mərkəzinin xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
Tarix: 27.05.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


İlk “DOST” mərkəzinə elə ilk gündən vətəndaşlar tərəfindən böyük maraq müşahidə edilir. Fəaliyyətə başladığı gündən artıq 3 mindən çox vətəndaş müraciət edərək “DOST” mərkəzinin xidmətlərindən faydalanıb. Vətəndaşların əksəriyyətini əlilliyi olan şəxslər, pensiyaçılar, müavinət və ya təqaüd alanlar, işsiz və işaxtaran vətəndaşlar, muzdla çalışanlar təşkil edib. Onların müraciətləri pensiya və sosial sığorta, sosial müavinət və təqaüdlər, məşğulluq xidmətləri, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial xidmətlər və s. ilə bağlı olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Mərkəz Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulub. Burada əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə, vahid standartlar əsasında 126 növdə xidmət göstərilir. Hər gün mərkəzə 350-400 arası vətəndaş müraciət edir. Xidmətlərdə əsas məqsəd vətəndaşların məmnunluğuna nail olunmasıdır.
2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzi istifadəyə veriləcək. Bütün “DOST” mərkəzləri yaradılıdıqdan sonra vətəndaşların qeydiyyatından asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR
15.02.2020
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info