Tələbələr Azərbaycan Dövlət Reklam Agentliyində işlə təmin oluna bilərlər
Tarix: 27.05.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


ADA, o cümlədən Bakı Mühəndislik universitetlərinin informasiya texnologiyaları (IT) və mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs, eləcə də magistr tələbələri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) işlə təmin olunmaq şansı qazanıblar. ADRA-dan bildirilib ki, agentliyə müraciət edən tələbələr arasından seçilən 11 nəfər agentlikdə 3 aylıq təcrübə proqramına cəlb edilib. Proqramda uğurlu nəticə göstərənlər agentliyin əməkdaşına çevriləcəklər. Təcrübə proqramının təqdimatı ilə bağlı keçirilən tədbirdə tələbələrə agentliyin fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Proqrama cəlb edilən tələbələrlə 3 aylıq əmək müqaviləsi imzalandıqdan sonra ADRA-nın direktor müavini Orxan Əliyev iştirakçılara uğurlar arzulayıb. O, gənclərə agentliyin yeni ideya və təşəbbüslərə açıq olduğunu bildirərək onlara bu yöndə aktivlik nümayiş etdirməyi tövsiyə edib. Gələcəkdə bu cür təcrübə proqramlarının davam etdiriləcəyi vurğulanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
3 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib
4 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
5 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info