“The Sun”: “Arsenal” və “Çelsi” azarkeşləri Bakıda mütləq şəhər turuna çıxmalıdırlar
Tarix: 28.05.2019 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “The Sun” nəşri “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyələrini çatdırıb. Trend-in məlumatına görə, nəşrdə gedən böyük bir məqalədə “Arsenal” və “Çelsi” azarkeşlərinə mütləq Bakıda şəhər turuna çıxmaq tövsiyə olunub.
“The Sun”da dərc edilən məqalədə qeyd olunur ki, əgər azarkeşlər Bakını gəzsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarını ödəyə bilərlər.
Məqalədə qeyd olunur ki, 1966-cı il İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finaldan bəri ingiltərəli azarkeşlər T.Bəhramovu böyük ehtiramla xatırlayırlar: “Azərbaycanın paytaxtında Tofiq Bəhramov bürünc heykəl formasında əbədiləşdirilib. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, 1996-cı ildə “Uembli”də İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finalın yan xətt hakimi olub. Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə nəticəsində dünya çempionu olub”. Məqalədə, həmçinin bildirilir ki, Tofiq Bəhramov bu gün də Bakıda idmanın rəmzi hesab olunur: “O, adına stadion inşa edilmiş ilk hakimdir. Bu, Vətəndə ona böyük hörmətin olduğunu göstərir”.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
“Qarabağ” səfərədə hesabı ilə məğlub olub
23.08.2019
Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır
22.08.2019
Navas “Real“dan ayrılmaq istəyir
22.08.2019
Joze Mourinyo PSJ-nin baş məşqçisi ola bilər
21.08.2019
Salahdan “Real“ açıqlaması

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info