Elcan Aşurov: “Yeni yaradacağım proqramla Azərbaycanı dünyaya tanıtmaq istəyirəm”
Tarix: 30.05.2019 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


“Azərbaycan mədəniyyətini, musiqisini, mətbəximizi, milli geyimlərimizi özündə əks etdirən bir proqram yaratmaq istəyirəm ki, bədxah qonşularımız buna baxıb bir daha görsünlər ki, bunlar bizimdir. Azərbaycan tarixindən bəhs edən bir proqram yaratmaq istəyirəm ki, hər kəs bizim tariximizi görsün”

Bu gün ölkədə gənclərin təhsil alması üçün hər bir şərait yaradılıb. Yeni binalar, kompüterlərlə təchiz edilmiş məktəblərdə təhsil alan şagirdlərimiz yüksək ballarla ali məktəblərə qəbul olurlar. Dərslərində müvəffəqiyyət qazanan məktəblilər bu gün beynəlxalq yarışlarda öz layihələri ilə çıxış edirlər. Belə gənclərimizdən biri olan Elcan Aşurov hazırda 9-cu sinifdə təhsil almağına baxmayaraq, xaricdə kompüter mühəndisliyi ixtisasına yiyələnməklə yanaşı, yeni layihə ilə çıxış edəcəyini deyir:

- Bu gün şagird kimi orta məktəblərdə təşkil olunan buraxılış imtahanı səni qane edirmi?

- Əslində, məni qane etmir. Çünki Azərbaycan təhsili inkişaf edir. Ancaq yeni proqramlar yaranır. Məsələn, “listinq” proqramının yaradılmasını bu il eşitdik. 9-cu sinfin buraxılış imtahanında ingilis dilindən imtahanın salınması şagirdlər üçün dezavantaj oldu. Əgər mən 9 il ərzində “listinq”dən təhsil almamışamsa, məlumatım yoxdursa, mən ancaq məktəbdə reytinqlə məşğul oluramsa, “löniq”lə bu artıq mənə aid olmayan şeydir. Mənim məktəbimdə “listinq” qurğusu, proqramı yoxdur. Mənim müəlliməm “listinq”lə təhsil almayıb ki, mənə də bu proqramla dərs keçsin. Bəzi uşaqlar var ki, məktəbdən kənarda dərs öyrənirlər, bəziləri isə repetitor yanına gedə bilmirlər və ona görə öyrənə bilmirlər. Mən çox istərdim ki, bizim buraxılış imtahanlarından “listinq” proqramı çıxarılsın. İngilis dili ola bilər, qlobal bir dildir. Ancaq “listinq” proqramı o zaman verilə bilər ki, şagird 9-cu sinfə qədər bu proqramla dərs keçib, artıq onun qulağı buna öyrəşib, dinləmə qabiliyyəti yüksək olub və o gəlib imtahanda yüksək nəticə əldə edirsə bu olmalıdır.

- Ümumilikdə dərslərdə hansı yeniliklərin tətbiq olunmasını istərdin?

- Hazırda mənim yüksək qiymət aldığım, almadığım fənlər də var. Zəif qiymət aldığım fənləri də daha çox oxumağa çalışıram. Mən I qrup üzrə hazırlığa gedirəm. Coğrafiya fənnindən “4” qiymət alıram. Ancaq istəyirəm ki, bu fəndən “5” qiymət alım, dünyanı tanımağa çalışıram. Mən təhsilimizdə bəzi məqamları da görmək istərdim. Belə ki, istəyərdim müasir müəllimlərimiz uşaqları daha çox həvəsləndirsinlər. Məsələn, Almaniya təhsilində belə bir məqam var. Müəllim sinfə gəlir və şagirdlərlə hədiyyəli yarış keçirir. Bu, uşaqların həvəslənməsinə gətirib çıxarır. Onlar daha çox oxumaq istəyirlər. Artıq yenə oxuyurlar ki, nə isə ala bilərlər. İstərdim ki, bizdə də belə amillər olsun. Uşaqların fikir müstəqilliyi, əslində çox gözəldir. Sovet dövründən sonra uşaqlara fikir müstəqilliyi verildi və istərdim ki, indi də həvəsləndirmə tətbiq olunsun. Bəzən uşaqların qiyməti də müəyyən bir yerdə kəsilir və bu, uşağı həvəsdən salır. Yəni müəllimlər belə həvəsləndirici üsullara əl atmaqla gələcəyimiz üçün daha savadlı uşaqlar yetişdirsinlər.

- Ölkəmizdə orta məktəbi bitirən abituriyentlərin əksəriyyəti humanitar sahəyə üstünlük verir, səncə bu nə ilə bağlıdır?

- Bu ölkənin, millətin humanitar bazası çox yüksəkdir. Ədəbiyyatımızda Nizami, Nəsimi kimi dahi şəxsiyyətlər var. Məsələn, Oksford, yaxud Harvard universitetlərində “Nizamişünaslıq” mərkəzi var. Görün, onlar bizim dahi şairimizə nə qədər yüksək qiymət verirlər ki, onun adına açıblar. Buna görə Azərbaycan ədəbiyyatı, tarixi, dili böyük bazalıdır, inkişaflıdır, elmli bir dildir. Bu qədər baza olduğu üçün gənclər humanitar sahələrə üstünlük verirlər. Bəzən bu sahə asandır deyirlər və bu onunla bağlıdır ki, bir şagird düstur əzbərləməkdən daha çox tətbiq etməyə yönəlir. Humanitar sahədən dinləyir, öyrənir. Ancaq texnikaya gəldikdə, orada hər hansı bir qayda, teorem var ki, bunu etsən bu cür olar. Lakin humanitarda bu yoxdur. Mən sadəcə olaraq, bu sahəni baza ilə əlaqələndirirəm.

- Almaniyada təhsilini davam etdirmək istəyirsən. Bizim bir çox ölkələrdə olduğu kim Almaniyada diasporumuz var. Sən təhsil aldığın dövrdə diaspor nümayəndəsi kimi fəaliyyətini necə qurmaq istərdin?

- Almanların belə bir xarakteri var ki, miqrantları qəbul etmirlər. Mənim istədiyim almanların tarixən Azərbaycanla əlaqəsinin olduğunu onlara aşılamaqdır. Məsələn, Şəmkirdə, Göygöldə alman küçələri var. Bu gün dünya tarixçilərinin diqqəti Şəmkirdə olan alman kilsələrinə yönəlib. Bu, böyük tarixə malik alman kilsəsidir. Mən onlara aşılamaq istəyirəm ki, almanlar vaxtilə Azərbaycana köç ediblər. Azərbaycan xalqı ilə mehriban, sülh şəraitində yaşayıblar. Sadəcə sovet dövründə belə bir kampaniya başladı ki, almanları öncə buraya, sonra da deportasiya edib öz ölkələrinə köçürdülər. Amma mən istəyirəm onlara göstərim ki, siz almanlar vaxtilə Azərbaycanda yaşamısınız, orda kök salmısınız, orda sizin geniniz var. Eyni zamanda mən Azərbaycanın bu qədər varlı, zəngin mədəniyyətini, milli mətbəxini onlara çatdırmaq istəyirəm. Bu gün bizim mədəniyyətimizə, mətbəximizə bir çox əl atanlar var ki, onlardan biri də bizim bədxah qonşularımız olan ermənilərdir. Onlar bu gün Azərbaycan mədəniyyətini öz adlarına çıxarırlar, “Sarı gəlin” kimi xalq mahnımızı mənimsəyirlər, eləcə də milli mətbəximizi öz yeməkləri kimi təqdim edirlər. Mən almanlara aşılamaq istəyirəm ki, bunlar hamısı bizimdir. Hay tayfaları vaxtilə köçüblər bizim ərazilərimizə, Van gölü ərazisində yaşayıblar. Ermənilərdə belə bir xislət var ki, yaşadıqları yeri mənimsəyirlər. Sanki bir şıltaq uşağı evə gətirirsən və o, evdəki olan hər şeyə deyir ki, “o da mənimdi, bu da mənimdir”. Ermənilərdə də bu var və o da onların mədəniyyətinin olmasından qaynaqlanır. Onlar mədəniyyəti, mətbəxləri olmadığından artıq oğurluğa əl atıblar. Ermənilər 2018-ci ildə işğal etdikləri bizim torpaqlarımız olan Dağlıq Qarabağda bir tədbir təşkil etdilər. Bu tədbir “ermənilərin Qarabağa gəlişinin 150 illiyi” ilə bağlı idi. Sonra özləri də şoka düşdülər biz nə edirik? Dünyaya bəyan edirik ki, biz Qarabağa sonradan gəlməyik. Onlar bu tədbiri elə yığışdırdılar ki, hətta erməni saytlarından o şəkillərin hamısı silindi, tədbirlə bağlı heç bir məlumat qalmadı. Hətta bu gün Azərbaycan dünyaya deyəndə ki, biz arxivlərimizi açmağa hazırıq, ermənilər bundan çəkinirlər. Hətta bizim millət vəkili Q.Paşayeva Türkiyədə bir erməni millət vəkili ilə debatında bu fikri ona bildirdikdə erməni dedi ki, biz bu torpaqları qanla almışıq və onu vermək istəmirik. Bu, ermənilərin həyasızlığını, şıltaqlıq etdiyini göstərir. Dünya tarixi şahiddir ki, İrəvan Ermənistana verilmişdi ki, dövlət yaratsın. Bu bir faktdır ki, erməni milləti olmayıb, ermənilər müxtəlif etnik millətlərdən birləşərək erməni milləti yaradıblar. Buna görə də bəzi ölkələr ermənilərə dəstək olmaqla, türklərə qarşı antisiyasət yürütmək istəyirlər.

- Kompüter mühəndisi kimi hansı yeniliyi etmək istəyirsən?

- Mən yalnız Almaniyada deyil, bütün dünyada tanınmaq istəyirəm ki, bilsinlər Elcan Aşurov kimi azərbaycanlı var. Öncə “Yerdəki ulduzlar” layihəmi texnologiya ilə birləşdirib yeni proqram yaratmaq istəyirəm. Həmçinin Azərbaycan mədəniyyətini, musiqisini, mətbəximizi, milli geyimlərimizi özündə əks etdirən bir proqram yaratmaq istəyirəm ki, bədxah qonşularımız buna baxıb bir daha görsünlər ki, bunlar bizimdi. Azərbaycan tarixindən bəhs edən bir proqram yaratmaq istəyirəm ki, hər kəs bizim tariximizi görsün. Bir rus yazıçısı yazır ki, ermənilər bu ərazilərə köçmədilər. Proqramımda göstərmək istəyirəm ki, Azərbaycan böyük bir dövlət olub və azərbaycanlı səlcuqların, oğuzların nümayəndəsidir. Bu nədən irəli gəlir? Çünki mən çox vətənpərvər insanam. Vətənpərvərliyimdə mənim məktəbimdən, ailəmdən gəlir. Ölkəmizdə Avropa, eləcə də İslam oyunları keçiriləndə dedim ki, biz necə də tolerant bir ölkəyik. Bu oyunlarda müsəlmanlar, xristianlar, yəhudilər də iştirak etdilər.

- Yaşıdlarına hansı tövsiyələrin var?

- Ölkə başçısı tərəfindən bu yaxınlarda imzalanan sərəncamla sağlamlıq imkanları məhdud uşaqların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mən buna çox sevindim. Mən çox sevindim ki, artıq onlar da oxuya biləcəklər, öz işlərini yarada biləcəklər.
Mən istərdim Azərbaycan gənclərinin hər birinin məqsədi olsun. Məqsəd varsa həyat var. Ona görə də özümə ilk olaraq məqsəd qoydum. Sağlam rəqabət sağlam gələcək deməkdir. Gənclərimiz daim sağlam rəqabətdə olsunlar. Mənim qardaşım idmana daha çox meyillidir və müxtəlif yarışlarda iştirak edir. Ölkəmizdə idman inkişaf edir. Gənclərimiz sağlamlıq üçün idmana da yönələ bilərlər. Yəni yalnız elm deyil, idmana da yönələ bilərlər. Əsas odur ki, məqsədləri olsun. Valideynlərə də müraciət edərdim ki, icazə versinlər uşaqlar öz istəklərini reallaşdıra bilsinlər. Məsələn, mənim anam istəyirdi ki, mən II qrupu seçim, iqtisadçı olum. Ancaq mən istəyirəm ki, öz beynimdə olan ideyanı qurum.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
22.06.2019
Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm
20.06.2019
“Belarus-Azərbaycan İcmaları Konqresi II Avropa Oyunlarına çox fəal hazırlaşıb”
20.06.2019
Ucqar kəndin ilk xanım tələbəsi: “Oxumaq istəyəni evliliyə necə məcbur edə bilərlər?!”
18.06.2019
“Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info