Şimali Koreyanın ABŞ üzrə xüsusi nümayəndəsi edam olunub?
Tarix: 31.05.2019 | Saat: 12:53:00 | E-mail | Çapa göndər



KXDR-in ABŞ məsələlərin üzrə xüsusi nümayəndəsi Kim Xyok Çxolun və Hanoyda keçirilən sammitdə iştirak edən Xarici İşlər Nazirliyinin digər dörd vəzifəli şəxsinin mart ayında edam edildiyi iddia olunur.

AZƏRTAC xəbər verir ki, “Chosun Ilbo” qəzetinin adının çəkilməsini istəməyən mənbəyə istinadla yaydığı məlumata görə, diplomatlar KXDR lideri Kim Çen In və Amerika Prezidenti Donald Tramp arasında ikinci sammitin uğursuz nəticələnməsi səbəbindən güllələnib. Onların hamısı casusluqda ittiham olunub. Həmçinin daha bir yüksək vəzifəli məmur - Kim Çen Inın kiçik bacısı, KXDR Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin birinci müavini Kim Yo Çjon ev dustağı edilib. O, qardaşını Hanoy səfərində müşayiət etmişdi.
Koreya Respublikasının Birləşmə Nazirliyi hələlik məlumatı təsdiqləməyib. “Hazırda bu barədə informasiyaya malik deyilik, Şimali Koreyanın rəsmi mətbuat orqanlarında Kim Hök Çxolun güllələnməsi barədə məlumat verilməyib”, - deyə qurumdan TASS agentliyinə bildiriblər.
Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin yekunlarına əsasən birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməyib. Pxenyan və Vaşinqton birgə sənəd imzalamaqdan imtina etsələr də, dialoqu davam etdirmək barədə razılığa gəliblər.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk
19.06.2019
3 həftəyə 128 uşaq öldü
19.06.2019
Misirdə “həyəcan vəziyyəti“ elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info