Donald Tramp S-400 üzrə işçi qrupu yaratmaq ideyasını müsbət qarşılayıb
Tarix: 31.05.2019 | Saat: 19:53:00 | E-mail | Çapa göndər



ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin tədarükü üzrə fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmaq barədə təklifinə müsbət yanaşıb.

AZƏRTAC bu barədə Türkiyənin NTV telekanalına istinadla xəbər verir.
Bu arada Bloomberg” agentliyi Donald Trampın Türkiyə prezidentinin belə komissiya qurmaq təklifini qəbul etdiyini bildirib. Bundan öncə Rəcəb Tayyib Ərdoğan iki dəfə analoji təklif irəli sürmüşdü. Prezidentlərin sonuncu telefon danışığı zamanı Tramp ilk dəfə olaraq bu ideyanı bəyəndiyini deyib.
Bir qədər əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy ölkəsinin Vaşinqtonun S-400 komplekslərinin çatdırılmasını təxirə salmaq xahişini qəbul etdiyi barədə KİV-lərdə yayılan məlumatı təkzib edib.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.
Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Kaliforniyada atışma baş verib, ölənlər var
25.06.2019
Mövlud Çavuşoğlunun S-400-lərlə əlaqədar açıqlaması
24.06.2019
ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info