“Azərbaycan bizim şəhərə əməli işlə kömək edir”
Tarix: 06.08.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Payızda Həştərxanda Rusiyada yaşayan azərbaycanlı gənclərin qurultayının keçirilməsi planlaşdırılır

Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetində Marina Parenskayanın “Əvvəlcə knyaz Vladimirə abidə, sonra uşaq bağçası. Azərbaycan bizim şəhərə əməli işlərlə kömək edir” adlı məqaləsi dərc olunub. Məqalədə Heydər Əliyev Fondunun Rusiyanın bu şəhərində təşəbbüsü ilə görülmüş abadlaşdırma işlərindən bəhs edilir.
Məqalədə qeyd edilir ki, müqəddəs Knyaz Vladimir məbədinin yanındakı meydan bu gün tikinti meydançasını xatırladır: “Knyaz Vladimirin tuncdan hazırlanmış on dörd metrlik heykəlini avqustun axırlarında Bakıdan buraya gətirəcəklər, sonra həmin heykəlin ucaldılması, ərazinin abadlaşdırılması üzrə əsas işlər başlanacaq.
Hələlik isə ilkin hazırlıq işləri aparılır. Məsələn, abidənin yanında qurulacaq dörd fəvvarəyə su boruları çəkilir. Gələcəkdə bu meydan çox gözəl olacaq: müasir fənərlər, gül-çiçək və ağaclar -bunlar öz yerində... Azərbaycanlı heykəltəraş Natiq Əliyevin yaratdığı möhtəşəm abidə isə, əlbəttə, meydanın əsas bəzəyi olacaq. Yeri gəlmişkən, Volqa körfəzi sahilində Heydər Əliyevin adını daşıyan kiçik bağda ona ucaldılmış abidənin müəllifi də Natiq Əliyevdir.
Bütün tikinti işləri nəzərdə tutulan qrafik üzrə davam edir (abidənin açılışı oktyabr ayına planlaşdırılıb). Buna baxmayaraq tikintinin “baş iş icraçısı”, Bakı Şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev və həmin rayonun İcra Hakimiyyətinin şöbə müdiri Elmar Əlizadə gecə-gündüz buradadırlar - tikintiyə nəzarət edirlər. Tikinti işlərinin vaxtında və keyfiyyətli aparılmasına görə cavabdeh olan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hər gün Bakıdan zəng vurur, işlərin gedişi ilə maraqlanır. Bütövlükdə bu tikinti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ciddi nəzarətindədir. Azərbaycan diasporunun Həştərxanda apardığı bütün tikinti işlərinin maliyyələşdirilməsini məhz bu fond öz üzərinə götürüb.
11 nömrəli orta məktəbin yenidən qurulması, Volqa körfəzindən piyadaların keçməsi üçün yeni körpü, körfəzin sahilindəki uşaq şəhərciyi, Nərimanov şəhərindəki yeni park - bütün bunlar Heydər Əliyev Fondunun fəaliyyətinin nəticələridir. Yaxın günlərdə Volqa körfəzi sahilindəki uşaq şəhərciyinin yanında uşaqlar üçün kafe açılacaq, burada müştərilərə təklif olunan Şərq şirniyyatı, şirələr və meyvələr bilavasitə Azərbaycandan gətiriləcək. Üç il ərzində bu real obyektlərin yaradılması Həştərxanın abadlaşmasına sanballı töhfədir. Ümumrusiya Azərbaycanlılar Konqresi İctimai Təşkilatının regional bölməsinin sədri Ədalət Hüseynovun sözlərinə görə, bu gün Müqəddəs Vladimir məbədinin qarşısında aparılan işlər Rusiya Pensiyaçılar İttifaqının Həştərxan təşkilatının üzvləri və “Qazprombank”ın əməkdaşları tərəfindən maraqla qarşılanır. Hər iki qurumun nümayəndələri buraya gəlib baxıb, öz köməklərini təklif ediblər. Şəhər prokuroru Aleksandr Petrov tez-tez zəng vurub soruşur: hər şey qaydasındadırmı, sizi heç kəs incitmir ki? Vilayətin gənclər təşkilatları isə burada iməciliklər təşkil edir. Bir sözlə, bu işlərə laqeyd qalan yoxdur. Qubernator Aleksandr Jilkin azərbaycanlıların burada gördüyü işlərə görə dəfələrlə təşəkkürünü bildirib. Lakin tikinti, hətta ən gözəl tikinti də məsələnin yalnız texniki cəhətidir. Bundan qat-qat vacib olanı odur ki, bu işlərin arxasında xeyirxah insani münasibətlər dayanır. Leyla Əliyeva da məhz bu prinsipi əsas tutaraq Həştərxanı hamiliyə götürüb. İndi onun dünya şöhrətli babasının adını daşıyan 11 nömrəli məktəbdə fəal və əlaçı şagirdlər Heydər Əliyev Fondundan təqaüd alır, Bakıda istirahət etmək imkanı qazanırlar. Məktəbin şagird və müəllimlərindən ibarət növbəti nümayəndə heyəti bu günlərdə dost Azərbaycana yola düşəcək. Payızda Həştərxanda daha bir tədbirin - Rusiyada yaşayan azərbaycanlı gənclərin qurultayının keçirilməsi planlaşdırılır.
Azərbaycan Gənclər Təşkilatına rəhbərlik edən Leyla Əliyeva çox yaxşı başa düşür ki, iki dövlətin firavan gələcəyi onların gəncləri arasında qarşılıqlı anlaşmadan asılıdır. Məşhur qubernator ansamblı Azərbaycana qastrol səfərlərinə hazırlaşır. Bakılı sənətsevərlər Həştərxan Dram Teatrının və Həştərxan Kukla Teatrının tamaşalarını böyük maraqla qarşılayıblar. Yeri gəlmişkən, Azərbaycan teatrlarının qastrol tamaşaları da həştərxanlılara eyni dərəcədə xoş təsir bağışlayıb. Bizim ünsiyyətimiz nə qədər möhkəm olsa, bu, hər iki tərəfin xeyrinədir. Oktyabr ayında Həştərxanı daha bir xoş sürpriz gözləyir: knyaz Vladimirin abidəsinin açılışından sonra Leyla Əliyeva uşaq bağçasının tikintisinin rəmzi təməlini qoyacaq. Heydər Əliyev adına məktəbin yaxınlığında tikiləcək bu obyekt mühüm sosial məsələlərdən birinin həllinə kömək edəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Azeri Light”ın bir barreli 35,84 dollara satılır
29.05.2020
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
28.05.2020
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info