ABŞ İrana ərzaq və tibbi ləvazimatlar gətirilməsinə imkan vermir
Tarix: 01.06.2019 | Saat: 13:13:00 | E-mail | Çapa göndər



BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, ABŞ İrana ərzaq və tibbi ləvazimatlar gətirilməsinə imkan vermir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, farmakologiya şirkətləri ABŞ-ın sanksiyalarından çəkinərək İran ilə əməkdaşlıqdan imtina edirlər. ABŞ-ın tibb və ərzaq sahələrinə sanksiya tətbiq etməsi beynəlxalq hüquqa və insan haqlarının qorunmasına ziddir.
Nazir bildirib ki, ABŞ-ın İrana iqtisadi müharibə elan etməsi nəticəsində sadə insanlar əziyyət çəkir. Rəsmi Vaşinqton Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətlə yanaşmalı, tibb sahəsinə tətbiq olunan sanksiyaları aradan qaldırmalıdır.
Xatırladaq ki, ötən ilin sentyabrında BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi İranın müraciətinə əsasən ABŞ-ın sanksiyaları ilə əlaqədar araşdırma başlatmışdı. Bir ay davam edən məhkəmə araşdırmasından sonra qərara alındı ki, ABŞ-ın İranın tibbi ləvazimat və ərzaqla təminatına tətbiq etdiyi sanksiyalar insan hüquqlarına ziddir və bu səbəbdən qadağalar aradan qaldırılmalıdır. Lakin ABŞ Beynəlxalq Məhkəmənin qərarını icra etmədi.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
İran saxlanılan “Stena Impero“ tankerini tezliklə sərbəst buraxacaq
22.09.2019
Ərdoğanı ABŞ-da izdiham qarşılayıb
22.09.2019
ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək
22.09.2019
Şoyqu ABŞ bazalarının sayını açıqladı
22.09.2019
Tramp qərarını açıqladı: “İranla görüş olmayacaq“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info