Əfqanıstanda taliblərlə döyüşdə 9 polis əməkdaşı həlak olub
Tarix: 01.06.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər



Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətində “Taliban” hərəkatının silahlıları ilə döyüşdə azı 9 polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident mayın 31-də gecə saatlarında Baq-e-Şamal rayonunda baş verib. Burada “Taliban” hərəkatının 10 döyüşçüsü yerli polis bazasına hücum edib.
Əyalət şurasının üzvü Bismillah Ataşın sözlərinə görə, toqquşma nəticəsində hücum edən bir neçə silahlı da öldürülüb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da təsiri artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində qruplaşmalara qarşı birgə əməliyyatlar keçirir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır
22.10.2019
YPG/PKK indi də İsraildən yardım istədi
22.10.2019
Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb
21.10.2019
“Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq“
21.10.2019
“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info