İraq məhkəməsi Fransa vətəndaşlarını edam hökmünə məhkum edib
Tarix: 02.06.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər



İraq məhkəməsi iki nəfər Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.

AZƏRTAC xəbər verir ki, İŞİD terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan fransızların təqsiri sübuta yetirilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Fransa vətəndaşları 3 il ərzində İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşlərdə, həmçinin İraq şəhərlərində törədilən dağıntılarda, qanunsuz edam aksiyalarında iştirak ediblər. Məhkəmə zamanı dindirilən şahidlər bu adamları tanıyıb və onların cinayət törətdiklərini təsdiq ediblər.
İraq qanunlarına görə terrorçuluqla məşğul olan adamlar edam cəzasına məhkum olurlar. Fransalılar nəinki terrorçuluqla, eyni zamanda soyğunçuluqla, qarətdə, qətldə, zorlamada və başqa cinayətlərdə ittiham ediliblər. Məhkəmə onların günahını tam sübuta yetirib.
Fransa rəsmiləri hələlik məsələyə münasibət bildirməyiblər.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır
22.10.2019
YPG/PKK indi də İsraildən yardım istədi
22.10.2019
Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb
21.10.2019
“Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq“
21.10.2019
“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info