Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib
Tarix: 04.06.2019 | Saat: 09:08:00 | E-mail | Çapa göndər


Gürcüstan Prezidenti Salome Zurabişvili müqəddəs Ramazan bayramı münasibətilə iyunun 4-də Tbilisidəki Cümə məscidini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi hacı Yasin Əliyev Prezident Salome Zurabişvilini salamlayıb və müsəlmanları təbrik üçün məscidə gəldiyinə görə ona minnətdarlıq edib.
Y.Əliyev deyib ki, bu gün Gürcüstanda bütün dini qurumlar dövlətdən bərabər şəkildə yardım alır. Məscidlər və digər dini ibadət ocaqları dövlət hesabına təmir olunur. Baş nazirin təşəbbüsü ilə paytaxt Tbilisidə, eləcə də digər dövlət və hökumət üzvlərinin iştirakı ilə bölgələrdə iftar süfrələri açılıb. Bütün bunlar Gürcüstanda tolerantlığın və demokratiyanın mövcudluğunu sübut edir.
Müqəddəs Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Prezident Salome Zurabişvili deyib: “Bu gün Ramazan bayramında sizinlə bir yerdə olmaqdan çox xoşbəxtəm. İslam bərabərlik, sülh və əmin-amanlıq dinidir. Bu gün Gürcüstanda tolerantlıq hökm sürür. Lakin əfsuslar olsun ki, dünyanın bəzi yerlərində vəziyyət heç də belə deyil. Ona görə də biz birlikdə möhkəm olmalıyıq ki, nəyə qadir olduğumuzu hamı görsün”.
Müsəlmanların hər zaman Gürcüstan dövlətinin yanında olduqlarını və onun dövlətçiliyinin möhkəmlənməsinə çalışdıqlarını söyləyən S.Zurabşvili bildirib: “Bu şəhərdə sizin yeriniz hər zaman olub. Şəhərin mərkəzində belə bir məscidin mövcud olması da bunu sübut edir”.
Qeyd edək ki, Gürcüstan müsəlmanları müqəddəs Ramazan ayının başa çatmasını bu gün qeyd edirlər. Bayram namazını qılmaq üçün yüzlərlə müsəlman bu gün sübh tezdən Tbilisidəki Cümə məscidində toplaşıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info