Təəssüf ki, erməni cəmiyyəti münaqişənin ədalətli həllinin real iqtisadi faydasını görməyə hələlik özündə güc tapmayıb
Tarix: 04.06.2019 | Saat: 10:30:00 | E-mail | Çapa göndər


Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam oldu. Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək. Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikalmillətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl oldu. Bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri" adlı məqaləsində deyilir.
Müəllifin sözlərinə görə, bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan "qələbə"ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb: "Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndləri viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O bu qədər fürsəti əldən verərək sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq. Məsələn, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji göstəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur. Təəssüf ki, erməni cəmiyyəti münaqişəyə münasibətini rasionallaşdırmağa və münaqişənin ədalətli həllinin real iqtisadi faydasını görməyə hələlik özündə güc tapmayıb".




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“France-24” Füzulidən reportaj hazırladı – VİDEO
27.11.2020
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
27.11.2020
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
26.11.2020
Fransa bəyan etdi: “dqr”i tanımırıq!

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info