Şamaxı Rəsədxanası: Azərbaycanda Ramazan bayramı sabahdır
Tarix: 04.06.2019 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


Qonşu ölkələrdə Ramazan bayramının bu günə təsadüf etməsi səbəbindən bəzi şəxslər bayramın bu gün olduğunu, digərləri isə sabah bayram namazı qılınacağını deyir. Bu da insanlarda çaşqınlıq yaradıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA -ya açıqlamasında deyib ki, bir qrup adam hər il bu cür çaşqınlıq yaradır. Onun sözlərinə görə, müxtəlif ölkələrdə çoğrafi en dairələrində müxtəliflik ola bilər: “Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq”. Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən APA -ya verilən məlumata görə, sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış şəkil dezinformasiyadır, 2007-ci ildə çəkilib: "Azərbaycanda Ramazan bayramı sabahdır. Ay bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək". Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05.12.2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05.12.2019
Tanınmış jurnalistə futbol klubunda vəzifə verilib
05.12.2019
Vilayət Eyvazov Kolumbiyanın ölkəmizdəki səfirini qəbul edib
05.12.2019
AGAT “İncəsənət Terapiyası Saatı“ adlı sosial layihəyə start verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info