Azərbaycanda yeni böyük magistral su kanalı çəkiləcək
Tarix: 04.06.2019 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni böyük magistral su kanalı çəkiləcək. Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqaləsində yazıb.
Ə. Əhmədzadə bildirib ki, Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilib. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə-smeta sənədləri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri qeyd edib ki, kanalın yenidənqurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması, suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır: "Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcək".




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
18.01.2020
Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb
18.01.2020
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
18.01.2020
Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib
18.01.2020
Azərbaycan məhsulları Berlində “Beynəlxalq Yaşıl Həftə” sərgisində təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info