“Azərenerji” ASC sistem əhəmiyyətli 17 yarımstansiyanı yenidən qurur - VİDEO
Tarix: 04.06.2019 | Saat: 13:09:00 | E-mail | Çapa göndər


Paytaxt və regionların dayanıqlı enerji təchizatı üçün daha bir addım atılır




“Azərenerji” ASC Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Sistemtəşkiledici 220 kilovoltluq “Xırdalan”, Badamdar qəsəbəsindəki “Müşfiq” yarımstansiyaları, o cümlədən Bakı və ətraf qəsəbələrdə, həmçinin rayonlarda 17 ədəd 110 kilovoltluq yarımstansiya tam yenidən qurulur. Artıq “Zabrat” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında işlər başa çatıb. Digər yarımstansiyalarda aparılan yenidənqurma işləri isə yaxın aylarda yekunlaşacaq.
Qeyd edək ki, enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən ifrat yüklənən transformatorların dəyişdirilərək gücünün çoxaldılması, avadanlıqların qızması və qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması və ən əsası isə istehlakçıların daha keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca vacibdir.
Bildiririk ki, ötən ilin payızından etibarən həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində yenidən qurulan yarımstansiyalardan əlavə, digər yarımstansiyaların transformatorlarının təmir edilməsi, dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi nəticəsində 250 meqavatamperdən çox güc artırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Ekspert: Azərbaycan bir çox məsələlərdə Rusiyanın ardıcıl tərəfdaşıdır
09.12.2019
İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq
09.12.2019
İqtisadiyyat Nazirliyi ilə Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb
09.12.2019
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09.12.2019
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info