Aİİ-də imtahan sessiyası başladı
Tarix: 04.06.2019 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyasına start verilib. İyunun 28-dək davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada keçirilir.
Bu gündən start verilən yeni sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi prioritet seçilib. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görülməsi, cavabların müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan müraciətlərin, hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb, lazımi tədbir görülməsi nəzərdə tutulub.
İnstitutun foyesində müraciət və təkliflər qutuları asılıb. Tələbələrə yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərilməli, sorğu qutularına imtahanla bağlı rəyləri yazıb daxil etmələri üçün şərait yaradılıb.
Sessiya dövründə Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub.
Ali təhsil müəssisəsinin kitabxanasında tələbələrin imtahanlara hazırlığı üçün lazımi şərait yaradılıb. Onlar fasiləsiz internetlə təchiz olunmuş kompyuterlərdən istifadə edə bilərlər.
Məlumat üçün bildiririk ki, İnstitutun 2018/2019-cu tədris ili yaz semestri imtahan sessiyası yazılı və şifahi olaraq, imtahanlar arasında müddət isə iki gün intervalı ilə keçiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb
13.12.2019
Elm Tarixi İnstitutu beynəlxalq elmi təşkilata üzv olub
13.12.2019
Səudiyyə Ərəbistanı Krallığının səfiri Aİİ-ni ziyarət edib
12.12.2019
Psixoloqların əmək haqları artacaqmı?
12.12.2019
Gürcüstandakı azərbaycanlı şagirdlər dərsliklərlə təmin olunaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info