“Azərpoçt” MMC bayram günlərində də fəaliyyət göstərəcək
Tarix: 04.06.2019 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC iyunun 5-i və 6-da - bayram günlərində tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.
MMC-dən bildirilib ki, həmçinin Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyli 72-də yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9-dan 18-ə, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Həmin mərkəzlərə Bakı şəhərində yerləşən Xəzər rayonu, Sergey Yesenin 102, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19, Yasamal rayonu, A.M.Şərifzadə 274, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi 3, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 270, Zaqatala şəhəri Heydər Əliyev prospekti 36, Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər isə saat 10:00-dan 17:00-dək işləyəcək. Bayram günlərində bütün regional poçt filialları, poçt filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
06.12.2019
Prezident: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
05.12.2019
Prezident: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info