Ərdoğan: “Türkiyə C-400-lərdən imtina etməyəcək”
Tarix: 04.06.2019 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


“Əgər, Rusiya ilə imzaladığımız müqaviləyə uyğun bir təklifləri olarsa, məmnuniyyətlə “Patriot”ları alarıq. Amma ABŞ-dan “Patriot”larla bağlı bizə, C-400 sistemlərində olduğu kimi təklif gəlmədi”


“Ankara Rusiya istehsalı olan C-400 zenit-raket komplekslərinin alınmasından imtina etməyəcək”. “Sabah” qəzeti xəbər verir ki, bu barədə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. “Biz saziş imzalamışıq və hazırda o reallaşdırılır. Bu məsələdə qətiyyətliyik. Biz C-400 zenit-raket komplekslərindən imtina etməyəcəyik” - deyə Türkiyə lideri bildirib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Amerika istehsalı olan “Patriot” zenit-raket komplekslərini almaq istədiyini, lakin sərfəli təklifin olmadığını da xatırladıb: “Biz Amerikaya təklifimizi vermişik. Biz onlara bildirdik ki, gəlin ortaq heyət təşkil edək və onlar birgə çalışsınlar. Digər təklifimiz isə belə oldu ki, bizə “Patriot” raket sistemlərini satsınlar. Amma satınalma şərtləri ən azından Rusiya ilə olduğu kimi olmalıdır. Əgər, Rusiya ilə imzaladığımız müqaviləyə uyğun bir təklifləri olarsa, məmnuniyyətlə “Patriot”ları alarıq. Amma ABŞ-dan “Patriot”larla bağlı bizə, C-400 sistemlərində olduğu kimi təklif gəlmədi. Beynəlxalq ticarətin əsas qaydası “qazan-qazan” prinsipidir. Belə olmadığı təqdirdə biz hər hansı bir şeyi almağa nə məcburuq nə də məhkum. Amerika öz mənafeyinə görə necə həssas davranacaqsa, biz də öz mənafeyimizə görə, öz mənfəətlərimizi düşünərək addım atacağıq”. Ərdoğan deyib ki, Türkiyə ilə ABŞ NATO çərçivəsində də strateji ortaqdır: “ABŞ-ın strateji ortaq olaraq terror təşkilatlarına silah verməsi bizi çox üzür. Bu rəqəmlər artıq çox böyük həddə çatıb. Biz isə onlardan silahı öz pulumuzla almaq istəyirik. Amma ala bilmirik. Bunlar bizi düşündürür və zaman bizi haqlı çıxaracaq”. Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya C-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin C-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Birləşmiş Ştatlar C-400 “Triumf” zenit-raket komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından tamamilə çıxarmaqla hədələyib. Ankara azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir. Uzaq məsafəli zenit raket sistemi - C-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub.
Suriyanın İdlib şəhərində baş verən son proseslərə toxunan Ərdoğan deyib ki, 2-3 gün əvvəl bu məsələni Rusiya dövlət başçısı Putinlə, ondan bir neçə gün əvvəl isə ABŞ dövlət başçısı Trampla müzakirə edib: “Suriya, İdlib, Menbiç, Fıratın şərqi, məlum dəhlizlə bağlı marağı olan hər tərəflə danışıqlar aparırıq. ABŞ dövlət başçısı Donald Tramp hazırda İngiltərədə səfərdədir. Ehtiyac yaransa, onunla yenə də danışacağam. Lazım olarsa Putinlə də görüşəcəm. Qadağan olunmuş bombalardan istifadə etməklə mülki insanların öldürülməsi üzüntü vericidir. Oradakı təşkilatlarla bağlı işimiz kəşfiyyat orqanları vasitəsilə davam edir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
10.11.2019
“Hesabat baş nazir Nikol Paşinyandan sorulmalıdır”.
09.11.2019
İqtisadçı: “Erməni işsizlər ölkəni tərk etməkdə davam edirlər“
09.11.2019
Suren Sarkisyan: “Tramp erməniləri yenə məyus etdi”
08.11.2019
Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır
08.11.2019
“Rusiya bütün tərəfdaşlarına silah satır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info