Tarix İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
Tarix: 04.06.2019 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda görkəmli Azərbaycan dramaturqu və publisisti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin dövrü: ictimai-siyasi həyat, dövrün başlıca problemləri” mövzusunda elmi sessiya keçirilib. Tarix İnstitutundan verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən reallaşıb.
Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ölkə başçısının Sərəncamına əsasən respublikamızda, o cümlədən AMEA-da görkəmli yazıçının yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və ədəbi məktəb yaratmış qüdrətli şəxsiyyətdir. Milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
Yaqub Mahmudov deyib ki, dahi yazıçı "Molla Nəsrəddin" jurnalının nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Mirzə Cəlil bu jurnal vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərib.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev böyük yazıçı və dramaturqun yaradıcılığına və şəxsiyyətinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz ulu öndərin hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib.
Daha sonra tarixçi alimlər Hacı Həsənovun “Cəlil Məmmədquluzadənin dövründə ictimai-siyasi proseslər”, Aynur Bəşirlinin “Cəlil Məmmədquluzadə yaradıcılığında qadın problemləri”, Zəfər Kərimovun “Cənubi Azərbaycanın ictimai-siyasi həyatı “Molla Nəsrəddin” səhifələrində (1920-1921-ci illər)” və Aypara Rüstəmovanın “Cəlil Məmmədquluzadənin yaradıcılığında rus motivləri” mövzularında məruzələri dinlənilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub
19.11.2019
AzTU-da BDU-nun yubileyinə həsr olunan tədbir keçirilib
19.11.2019
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib
19.11.2019
“UNEC-də 1 gün” layihəsinə yenidən start verildi
18.11.2019
UNEC rektoru yeni Tələbə-rektorla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info