Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib
Tarix: 04.06.2019 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilir. Aylıq çərçivəsində paytaxtda və regionlarda müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda dəyirmi masa, seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir.
Hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı rayonu İcra hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov adına 131 saylı tam orta məktəbdə həyata keçirilib.
Tədbirdə Ombudsman Apartının əməkdaşları Faiq Ağayev, İlahə Əfqanlı, Dilşad İsmayılova, Pirallahı Rayon Icra Hakimiyyətinin nümayəndəsi Hikmət Şikarov, məktəbin direktoru Rafail Musayev, şagirdlər və müəllimlər iştirak edib.
Aparatın şöbə müdiri F.Ağayev bu günlərdə qeyd etdiyimiz 28 may Respublika günü və 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günü, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə Müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib.
Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb.
Daha sonra Aparatın əməkdaşları tərəfindən Uşaq hüquqları üzrə pilləli tədris proqramına müvafiq olaraq qruplarda şagirdlərlə interaktiv formada təlim keçirilib, onlara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq və milli qanunvericilik, uşaq hüquqlarını müdafiə edən qurumlar barədə geniş məlumat verilib, Uşaq Hüquqları Konvensiyasında təsbit olunan maddələr ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.
Təlimlərdə Ombudsman təsisatı tərəfindən “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilib və məktəb kitabxanasına davəsaitlər hədiyyə edilib.
Təlimin sonunda fəal iştirak edən şagirdlər Ombudsmanın və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin imzaları ilə Sertifikatla, prosesdə yaxından iştirak edən direktor və müəllimlər təşəkkürnamə ilə təltif edilib.
Çilov adasında belə tədbirin ilk dəfə həyata keçirildiyi üçün Hikmət Şikarov və məktəbin direktoru Müvəkkilə təşəkkürünü bildirib, bu cür tədbirlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və hüquqi maarifləndirmə tədbirlərinin davamlı olmasını arzu ediblər.
Səfər çərçivəsində Aparatın əməkdaşları SOCAR-ın Azneft İstehsalat Birliyinin “28 May” NQÇİ-nin uşaq baxçasına gedərək, orada uşaqların qidalanması, asudə vaxtlarının təşkili və təlim prosesi ilə tanış olub, yaradılmış şəraitin uşaqların inkişafına xidmət etdiyi müşahidə edilib.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info