Yəhudi təşkilatının illik forumunda İsrail-Azərbaycan münasibətlərinin əhəmiyyəti vurğulanıb
Tarix: 04.06.2019 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


İyunun 2-4-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində aparıcı yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin illik qlobal forumu keçirilib. ABŞ və İsrailin aparıcı dövlət xadimlərinin, dövlət və qeyri-hökumət təşkilatlarının, diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirak etdikləri forumda 2 mindən çox qonaq iştirak edib. Tədbirə audio müraciət ünvanlamış İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Azərbaycanla münasibətlərinin əhəmiyyətini vurğulayıb. Forum çərçivəsində Amerika Yəhudi Komitəsinin sabiq prezidenti Con Şapironun şərəfinə qəbul keçirilib. Qəbulda komitənin Baş icraçı direktoru Deyvid Herris, hazırki prezidenti Herriet Şlayfer, ravvin Ancela Buxdal, senator Maykl Bennet ilə yanaşı, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edib. Əsrlərboyu yəhudilərə gözəl münasibət göstərilən Azərbaycanda heç zaman antisemitizmə rast gəlinmədiyi qeyd edilib. Səfir Azərbaycana xüsusi rəğbəti ilə seçilən və bir neçə dəfə ölkəmizdə səfərdə olan C.Şapiroya ABŞ-Azərbaycan və Azərbaycan-İsrail münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü ifadə edib. Amerika Yəhudi Komitəsi ilə dostluq, əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin C.Şapironun təşkilata rəhbərlik etdiyi son 3 ildə daha da inkişaf etdiyi vurğulanıb. Daha sonra Azərbaycan səfirliyində Global Forumda iştirak edən bir sıra qonaqlara şam yeməyi verilib, Azərbaycan-İsrail münasibətləri, ölkəmizdə yaşayan yəhudilərə dair müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
04.12.2020
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
04.12.2020
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
04.12.2020
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib
04.12.2020
Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info