Ramiz Yunus müxalifəti ittiham edir
Tarix: 04.06.2019 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Son bir ildə xaricə qaçaraq oradan öz ölkəsi, xalqına qarşı kampaniyalar aparan bəzi müxalifətçilər hərdən öz aralarında da şər, böhtan xarakterli söz davasına çıxırlar. Ümumiyyətlə, siyasətlə az-çox maraqlanan hər kəs gözəl bilir ki, müxalifətdə olanların böyük əksəriyyəti, xüsusən də radikal düşüncəli müxalifətçilər daim öz düşərgələrində olan həmkarları, dostları ilə dava-qırğına çıxıblar. Xalqa ağıl verib Qərbdən, hətta xarabaya çevrilmiş bir çox ərəb ölkələrindəki inqilablardan nümunələr göstərən, ictimai fikri yanlış yönə çəkməyə çalışan həmin şəxslər son günlərəcən öz amplualarında qaldıqlarını bir daha sübut etdilər. Hər ay bir-birinin bostanına daş atmaqla gündəmə gələn ayrı-ayrı mühacirlər, 90-cı illərin uğursuz siyasətçiləri daha düşünmürlər ki, məhz belə anormal fəaliyyət və düşüncə tərzlərinə görə də xalqın gözündən düşürlər. Məsələn, Qənimət Zahidin “YouTube”dəki “Azərbaycan saatı” kanalında canlı yayıma çıxaraq danışan Ramiz Yunus müxalifətdə olanların əksəriyyətini, el dili ilə desək, “ağ yuyub qara sərdi”. Hazırda ABŞ-da yaşayan Ramiz Yunus Xalq Cəbhəsinin hakimiyyəti dövründə ən çox korrupsiyaya bulaşan məmur kimi ad çıxarmışdı. O zamanlar bir sıra mühüm vəzifələrdə, Azərbaycan Hökumətinin Aparatının rəhbəri və Azərbaycan Parlamentinin işlərinin idarəedicisi vəzifələrində çalışan Ramiz Yunusun, məhz bərabər çalışdığı şəxslər haqqında ifşaedici faktları sadalaması, müxalifət düşərgəsində işlərin hələ də qaydasında olmamasından xəbər verir. Pənah Hüseyn haqqında aşağılayıcı fikirlər danışan R.Yunus, İsgəndər Həmidov, Rəhim Qazıyev, Azərbaycan Xalq Hərəkatında təmsil olunanlar, hətta Müsavatın indiki rəhbərliyi üçün də xoş olmayan ifadələr işlədib. O, bir qədər də uzağa gedərək, xalqımızın ziyalıları olan Bəxtiyar Vahabzadə, Ramiz Rövşən kimi şairləri də aşağılayıb. Maraqlıdır ki, onun bu yanaşmasına mənfi reaksiya verməyən Əli Kərimlinin təbliğat maşını-Qənimət Zahid bununla bir daha radikalların, cəbhəçilərin hansı təfəkkürə malik olduğunu ortaya qoymuş oldu. Ramiz Yunusun ReAl Partiyası rəhbərlərini də lağa qoyması, vaxtilə Rəsul Quliyevə açılan cinayət işindəki müəmmalı məqamlara söz atması, müxalifətdə əsas güclərdən olacağını bəyan edən Əli İnsanova da sataşması diqqətdən yayınmadı... Hətta canlı yayıma baxanlar şərhlər yazaraq hakimiyyəti, sağını, solunu, yeni qüvvələr sayılan Realçıları belə “yıxıb sürüyən” Ramiz Yunusa “yalnız ideal sənsənmi?” kimi çoxsaylı suallar ünvanlayıblar. Doğrudan da sual yaranır ki, vaxtilə bir yerdə çalışdığın, eyni hökumətdə təmsil olunduğun şəxsləri bəyənməmək bir yana, xalqın ziyalılarına belə daş atmaq hansı beynin məhsuludur, axı? ABŞ-da oturub, okeanın o tayından bu tayına siyasət dərsləri keçmək yalnız Yunuslar ailəsinə xas ola bilərdi. Bu adamların dəfələrlə Anti-Azərbaycan fikirlər səsləndirməsinin şahidi olmuşuq. Ramis Yunus, onun qardaşı Arif və yoldaşı Leylaya qarşı dəfələrlə erməni xüsusi xidmət orqanlarına işləməklə bağlı ittihamlar da irəli sürülüb. İndi erməni maraqlarına xidmət edən bir ailənin durub öz xalqına ağıl verməsi, sağa-sola daş atması o qədər qeyri-ciddi görünür ki, yəqin nə ReAl Partiyası, nə Pənah Hüseyn, nə də digərləri ona ağır formada cavab verməyəcəklər. Ciddi adamlara ciddi yanaşarlar! İstənilən halda, müxalifətin aparıcı simalarından biri olduğu üçün, onun tanınmış müxalifətçilər haqqında ittihamlar irəli sürməsi bu düşərgədə işlərin yaxşı getməməsindən xəbər verir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info