Masallı rayonunun Bədəlan kənd məktəbində “Açıq dərs“ ulu öndərə həsr edilib
Tarix: 04.06.2019 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


4 iyun 2019-cu il tarixdə Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin iclas zalında ulu öndər Heydər Əliyevə həsr edilmiş "Açıq dərs" keçirilmişdir. Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və Ədəbiyyatı müəllimi Məhbubə Şahbazova aşıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır. Dövlət himni səsləndikdən sonra şagirdlər dahi rəhbərin ömür yoluna səyahət etmişlər. Hər bir şagird ümummilli liderin həyat və fəaliyyətinin ayrı - ayrı məqamından fikirlərini poetik dillə söyləmişlər. Hər misrada ulu öndərin ömrü, təşkilatçılığı, mehribançılığı, humanustliyi, siyasi manevrləri təsdiqini tapmışdır. Şagirdlər xalqa həsr edilən bu ömrü beş Lenin ordeni, iki dəfə Sosialst Əməyi Qəhrəmanı, neçə-neçə fəxri ad və mükafatların bəzədiyini gündəmə gətirmişlər.
Məktəbin müəllimi Məhbubə Şahbazova öz növbəsində dahi rəhbərin müstəqillik illərində Azərbaycanını fəlakətlərdən qurtaran, əsrin müqafilələri ilə ölkəni dünyaya tanıdan, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün ömrünü şam tək əridən ümummilli liderin ölçüyəgəlməz, dəyərli fəaliyyətindən məlumat vermişdir.
Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar keçirilən müsabiqənin qalibi onuncu sinif şagirdi Dünya Cəfərzadə sözünü Heydər Əliyevin dəyərli, vətənpərvər fikirləri ilə bitirdi: - Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir . Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki , mən azərbaycanlıyam!
"Açıq dərs"də iştirak edən Xalq yazıçısı, "Şöhrət" ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar Jurnalist, ictimai xadim, Milli Məclisin deputatı Elmira Axundova belə maraqlı tədbirə dəvətindən məmnunluq ifadə edib, dedi ki, mən də ömrümün qalan hissəsini də Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edərdim ki, O, xalqımızın, dövlətçilıiyimizin xilaskarıdır.
Elmira Axundova ulu öndər Heydər Əliyevlə xarici ölkələrə səfərlərindən, dahi rəhbərin fəaliyyətinə həsr etdiyi 7 cildlik əsərlərinin mahiyyətindən danışmış, ümummilli liderin uşaqlıq həyatının bəzi maraqlı nağılvari məqamlarını xatırlamışdır.
Milli Məclisin deputatı Elmira Axundova müəllifi oilduğu kitabları məktəb kitabxanasına bağışlamış, şagirdlərə verdiyi kitablara avtoqraf yazmış, verilən sualları cavablandırmışdır.
Masallı Rayon Təhsil Şöbəsi müdirinin müavini Samit İslamov bu il rayonun ümumtəhsil məktəblərində dahi rəhbərə həsr olunmuş belə maraqlı tədbirlərin keçirildiyini gündəmə gətirmişdir.
Masallı RİH başçısın müavini Aybəniz Qafarova "Açıq dərs"də çıxış edərək tədbiri dəyərləndirmiş, Milli Məclisin deputatı Elmira xanım Axundovaya təşəkkürünü bildirmişdir.

Əlihüseyn Şükürov
Həsənağa Əliyev
Vəkil Ağayev




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
30.11.2020
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf
29.11.2020
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
29.11.2020
Ağdam rayonunun Şahbulaq kəndindən görüntülər - VİDEO
29.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info