Bakıda III Robot Olimpiadasına start verilib
Tarix: 04.06.2019 | Saat: 23:10:00 | E-mail | Çapa göndər



İyunun 4-də Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafı üçün əlverişli şərait yaratdığını, onların özlərini cəmiyyətdə təsdiq etmələri baxımından mühüm rol oynadığını bildirib: “Ölkəmizdə kreativ düşüncəli və bacarıqlı gənclərin olması, onların milli kompüter oyunlarına marağının getdikcə artması sevindirici haldır. İnformasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gənclərimizin potensialından istifadə edərək bu günə qədər bir neçə milli kompüter oyunumuz yaradılıb. Bu oyunlar dünya kompüter həvəskarları arasında da kifayət qədər böyük marağa səbəb olub”.
Olimpiadanın ölkəmizdə ilk dəfə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində təşkil edildiyini bildirən nazir müavini gənclərin informasiya texnologiyalarına marağının artırılması, müvafiq biliklərin verilməsi, regionlarda da bu sahənin inkişafı üçün görülən işlərin davam etdirildiyini bildirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov, Təhsil Nazirliyinin şöbə müdiri Fuad Qarayev çıxışlarında müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanda İKT-nin tətbiqinə böyük diqqət yetirilir. Son illər bu sahədə böyük işlər görülüb, gənclərimiz bir sıra uğurlar əldə ediblər. Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Robot Olimpiadasında 8 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdisə, 2018-ci ildə bu say 22 müəssisə və 54 komandaya qədər yüksəlib. Üçüncü olimpiadada isə 30 müəssisədən 62 komanda iştirak üçün qeydiyyatdan keçib. Bundan əlavə, olimpiadada ilk dəfə Gəncə, Sumqayıt şəhərlərindən və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak edirlər.
Açılış mərasimindən sonra olimpiadaya start verilib.
Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir. Yekunda qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info