Trampın London səfərinin ayrıntıları
Tarix: 05.06.2019 | Saat: 07:44:00 | E-mail | Çapa göndər



Amerika Birləşmiş Şttalarının prezidenti Donald Tramp İngiltərə səfəri zamanı Kraliça II Yelizaveta (Elizabeth) ilə görüşüb.



Dövlət başçılarının görüşü əsnasında at arabasıyla rəsmi parad təşkil edilmişdi. Təhlükəsizlik səbəbiylə əlaqədar Tramp Bakinqam (Buckingham) sarayına vertolyotla enib. Kraliça II Yelizaveta bu sahəyə getməyib.
ABŞ prezidenti və həyat yoldaşı Melania Trampı sarayda İngiltərənin vəliəhd şahzadəsi Çarlz (Charles) və həyat yoldaşı Kornvell Kamilla (Cornwall Camilla) qarşıladı.
Kraliça II Yelizaveta və Tramp bir araya gəldikdən sonra təntənəli mərasim başladı. 41 top atəşinin da edildiyi qarşılama mərasimi günorta yeməyiylə davam etdi.
Sonra Tramp “Westminster Abbey” kilsəsini ziyarət etdi, naməlum əsgər abidəsinə çələng buraxdı.
ABŞ prezidentinin London proqramı şahzadə ailəsinin verdiyi çay süfrəsilə davam etdi.
İngiltərə kraliçası Trampın şərəfinə “Buckingham” sarayında axşam yeməyi verdi. Burada ABŞ prezidentinin həyat yoldaşı ilə bərabər 4 övladı həyat yoldaşları ilə iştirak etdi.
Kraliça etdyi çıxışında dedi:
"Ortaq dəyərlər və ortaq mənfəətimizin bizi birləşdirməyə davam edəcəyindən əminəm.
İki ölkə arasında iqtisadi əlaqələr daha da gücləndirilməlidir.
Xalqlarımızın təhlükəsizliyi və rifahını təmin etmək üçün bu ittifaqın yenə də davam edəcəyinə inanıram.”
Qeyd edək ki, Tramp bu yeməkdən əvvəl ictimai media hesabından etdiyi paylaşmada yazmışdı: "London səfəri çox yaxşı keçir. Kraliça və bütün ailəsi xariqədir. İngiltərə ilə əlaqələrimiz çox güclüdür. Avropa İttifaqından (Brexit) ayrıldıqdan sonra, qandallarından azad olduqdan sonra daha böyük ticarət müqavilələrimiz olacaq. İndidən bəzi şeyləri danışdıq."




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Kaliforniyada atışma baş verib, ölənlər var
25.06.2019
Mövlud Çavuşoğlunun S-400-lərlə əlaqədar açıqlaması
24.06.2019
ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info