Sudanda etiraz aksiyasının dağıdılması nəticəsində ölənlərin sayı 100-ə çatıb
Tarix: 05.06.2019 | Saat: 18:55:00 | E-mail | Çapa göndər



Sudanın paytaxtı Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, 40 cəsəd Nil çayından çıxarılıb. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Sudan həkimləri komitəsinin məlumatına görə, daha 326 nəfər yaralanıb.
Müxalifət keçid Hərbi Şurasını dinc aksiyanı dağıtmaqda ittiham edib və xalqı bütün ölkədə kütləvi etirazlara səsləyib. Hərbçilər isə öz növbəsində bəyan edirlər ki, əməliyyat nümayişçilərə qarşı deyil, etirazçıların sıralarına soxulmuş cinayətkarların tutulmasına yönəlib.
Xatırladaq ki, iyunun 3-də səhər Xartumun mərkəzinə xüsusi təyinatlı qüvvələr yeridilib. Müdafiə Nazirliyinin və Baş komandanlığın mənzil-qərargahı önündəki etirazçılara odlu silahdan atəş açılıb. Toqquşmaların baş verdiyi meydan bağlanıb, yollarda ordu hissələri yerləşdirilib.
Aprel ayında Sudanda baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Kaliforniyada atışma baş verib, ölənlər var
25.06.2019
Mövlud Çavuşoğlunun S-400-lərlə əlaqədar açıqlaması
24.06.2019
ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info