“Terrorçuların bütün künc-bucaqlarına giriləcək“
Tarix: 05.06.2019 | Saat: 21:26:00 | E-mail | Çapa göndər



Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatının bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğuladı.


H.Akar baş qərargah rəisi Yaşar Güler, Quru Qüvvələri komandiri Ümid Dündar, Dəniz Donanması komandiri Adnan Özbal və Hava Qüvvələri komandiri Həsən Küçükakyüzlə birlikdə “Pəncə” hərəkat bölgəsindəki nəzarət məntəqələrinə baş çəkdi - Büyüktopraklı hərbi bazasına Əsas Bölgəsinə getdi.
Türkiyənin milli müdafiə naziri Balkayalarda sərhədin neytral bölgəsindəki nəzarət məntəqəsini gəzdikdən sonra etdiyi şərhdə bildirdi:
"Pəncə” hərəkatımız davam edir. Terrorçuların bütün künc-bucaqlarına giriləcək. Ən son terrorçu zərərsizləşdirilənə qədər o bölgədən çıxmayacağıq.
Türkiyə Silahlı Qüvvələri xalqın suverenlik, müstəqillik və təhlükəsizliyi üçün ona verilən vəzifələri ən yaxşı şəkildə icraetmə səyindədir. Bir tərəfdən “Fərat qalxanı”, bir tərəfdən də “Zeytun budağı” çərçivəsində fəaliyyətlərimiz fasiləsiz sürür. İdlibdə məzlumları və günahsızları qorumağa davam edirik. Atəşkəs və sabitliyin təmin edilməsi üçün əlimizdən gələni orada göstəririk. Bununla əlaqədar Rusiya ilə də görüşlərimizi davam etdiririk.
Dənizlərimizdə, səmalarımızda da ölkəmizin və xalqımızın haqq və hüququnu qorumaq üçün nə lazımsa, hamısını əskiksiz edirik.
Türkiyə Silahlı Qüvvələri olaraq biz vəzifəmizi konstitusiya, qanunlar və prezidentimizin təlimatları çərçivəsində ən yaxşı şəkildə yerinə yetirməyi davam etdiririk və etdirəcəyik. İnşaallah, xalqımızı bu terror bəlasından qurtaracağıq."




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Kaliforniyada atışma baş verib, ölənlər var
25.06.2019
Mövlud Çavuşoğlunun S-400-lərlə əlaqədar açıqlaması
24.06.2019
ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info