Məcburi köçkün gənclər üçün növbəti İKT təlimi
Tarix: 07.08.2013 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi (YGD) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin İKT imkanlarının artırılması” layihəsinə uyğun maarifləndirici təlim kurslarını davam etdirməkdədir.
Layihənin hazırlıq mərhələsində əyani vəsaitlərin və digər təlim materiallarının nəşrindən sonra qrafikə uyğun Ağcabədidən sonra növbəti informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə təlim Biləsuvarda olan məcburi köçkün gənclər üçün keçirilib. 2 günlük təlimdə Biləsuvar rayonunda məskunlaşan 40-dan artıq məcburi köçkün gənc iştirak edib. Gənclərlə yanaşı, təlimdə yerli icra strukturlarının, rayon gənclər və idman idarəsinin məsul əməkdaşları da iştirak edib və təlimlə bağlı öz müsbət fikirlərini bildiriblər və ölkə Prezidenti tərəfindən 2013-cü ilin “İKT ili” elan edilməsini xüsusi qeyd ediblər. Təlim iştirakçıları layihənin bölgələrdə məcburi köçkün gənclər üçün böyük əhəmiyyətini vurğulayıb və bu kimi layihələrin davamlı olaraq həyata keçirilməsini arzulayıblar.
Təlimdə ekspert-təlimçi Rəşad Bayramov məcburi köçkün gənclərə İKT sahəsində əsas məlumatlar, zəruri bilgilər, səmərəli istifadə, imkan və resurslar haqqında geniş informasiyalar çatdırıb və gənclərin suallarını cavablandırıb. Təlimdə gənclərə birlik tərəfindən hazırlanan yaddaş kitabçası da paylanıb.
Layihənin davamlılığı və gələcək fəaliyyət üçün yerlərdə məcburi köçkün gənclər şəbəkəsinin qurulması da qərara alınıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info