Gənclərimiz qədim Olimpiya stadionunda
Tarix: 07.08.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.
İştirakçılar Qədim Olimpiya şəhərində yerləşən arxeoloji qoruqda olublar.
Əvvəlcə iştirakçılar Gimnaziya və Palestranın dövrümüzədək gəlib çatan qalıqları ilə tanış olublar. Antik dövrdə burada atletlər idman təhsili alıb və hazırlıq keçiblər.
Sonra dünyanın yeddi möcüzəsindən biri sayılan Zevsin heykəlinin saxlandığı məbədin qalıqları qonaqlara nümayiş etdirilib.
Qədim Olimpiya Oyunlarının qaliblərinin şərəfinə ucaldılmış abidə ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Həmçinin müasir Olimpiya Oyunlarının məşəlinin alovlandırıldığı məkan da məktəb iştirakçılarına nümayiş etdirilib. Azərbaycanlı gənclər qədim Olimpiya stadionunda da olublar. Sonra qonaqlar Qədim Olimpiyada yerləşən arxeoloji muzeyə gəliblər. Qədim Yunanıstan mədəniyyətini özündə əks etdirən eksponatlarla tanışlıq qonaqlarda böyük maraq doğurub. Ekskursiya başa çatdıqdan sonra Kanadanın Manitoba Universitetinin professoru Sara Titzel “Olimpizmin fəlsəfəsi və Olimpiya dəyərləri” mövzusunda məruzə ilə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info