“Azərbaycanın təbiəti, mədəniyyəti, zəngin keçmişi, tarixi abidələri ilə bağlı araşdırmalar zəruridir”
Tarix: 07.08.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Əkrəm Bəydəmirli: “Bu sahədə layihələr həyata keçirmək
istəyən QHT-lər ixtisaslaşmalıdırlar”


Son illərdə Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatların, qeyri-hökumət qurumlarının milli məsələlərlə bağlı layihələr həyata keçirmək təşəbbüsləri intensivləşib. Buna səbəb isə milli məsələlərimizə, problemlərimizə diqqət ayırmağı, bu sahədə layihələr həyata keçirməyi təmin edən milli donorçuluq institutunun formalaşmasıdır. Bu kontekstdə xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Prezidenti yanında Gənclər Fondu, eləcə də KİV üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və sair qurumların fəaliyyətə başlaması milli donorçuluq institutunun formalaşmasında həlledici rol oynayıb. Məhz bu qurumların fəaliyyətə başlaması nəticəsində milli məsələ və problemlərin həll edilməsinə, aradan qaldırılmasına töhfə vermək üçün çoxsaylı və effketli layihələrin reallaşdırılmasına başlanılıb. Bu cür layihələrin dəstəklənməsi nəticəsində xeyli sayda QHT-lər, ictimai təşkilatların layihələri maliyyələşdirilib. Həmin QHT-lər diqqəti əsasən, milli məsələlərə həsr edilən layihələrin reallaşdırılmasına yönəldiblər. Bu cür qurumlardan biri də Sosial Rifah və Tədqiqatlar İctimai Birliyidir. Layihə çərçivəsində bizə son layihələri barədə ictimai birliyin sədri Əkrəm Bəydəmirli məlumat verdi:

-Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Ermənistan-Azərbaycan münaqişəsinin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların aparılması və innovativ təşəbbüslərin artırılması” layihəsini həyata keçirir.
Bu məqsədlə pilot layihə şəklində Ağdam rayonundan olan məcburi köçkünlərə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın araşdırılması həyata keçirilib. Bu hesabat 19 iyun tarixində BBM-də keçirilən geniş tədbirdə müzakirə edildi. İndi həmin hesabatla bağlı bəzi məqamlara öz münasibətimi bildirmək maraqlı olardı.
- Hesabatda iqtisadi sahədə olan durum və itkilərlə bağlı nələri deyə bilərsiniz?
- Ağdamın işğalı insan faktoru ilə bərabər, iqtisadiyyata da zərbə vurub. İqtisadi araşdırmalar nəticəsində məlum olub ki, 1993-cü ildə Ağdam rayonunun 79 faiz ərazisinin işğalı nəticəsində rayona 16 milyard dollardan artıq ziyan dəyib. Təxmini hesablamalara görə, 20 il müddətində işğal olunan ərazilərdən itirdiklərimiz 6 milyard manatdan artıqdır. Deməli, Ağdama dəyən ziyanı, ümumilikdə, ilkin olaraq 22 milyarddan artıq hesablamaq mümkündür.
İnsanlar öz torpaqlarını itirməklə bərabər, iş yerlərini, uzun müddət topladıqları şəxsi əmlaklarını, sağlamlıqlarını itiriblər. İşğal Ağdam iqtisadiyyatını 50-60 il geri salıb.
Bu gün Ağdamın 21 faizlik ərazisində illik məhsul istehsalı 100 milyon civarındadır. Əgər işğal faktı baş verməsəydi, rayonun illik gəliri 500 milyondan artıq olardı. Təbii ki, əldə olunan gəlirlərin aşağı düşməsi insanların həyat şəraitinin aşağı düşməsinə təsir edib. Bu gün işğaldan kənarda qalan Ağdamın kiçik bir ərazisində sənaye istehsalı 3 milyon 500 min manat təşkil edir. Əgər işğal faktı baş verməsəydi, bu rəqəm 22-23 milyon manata çata bilərdi.
-Bu baxımdan insanların sağlamlıq durumu ilə bağlı nələri demək olar?
- Erməni təcavüzünün yaratdığı fəsadlar, gərginlik böyüklərlə bərabər, azyaşlı uşaqlarda da hiss olunmaqdadır. Bir ağrılı faktı qeyd etmək istərdim. Ağdam rayonunun Üçoğlan kəndində doğulan uşaqların 20-si iflicdir. Bu da münaqişənin yaratdığı fəsadlardan biridir. Həmin kənddə elə ailə var ki, orada doğulan üç uşaqdan ikisi iflicdir. Bundan əlavə müharibə gərginliyi nəticəsində şəkər xəstəliyi artıb.
Araşdırmalar nəticəsində məlum olub ki, işğaldan sonrakı dövrdə, xüsusilə, son 4 ildə 2090 nəfər şəkər xəstəliyindən əziyyət çəkir. Bu xəstələrin sayı hər ay 20-30 nəfər artır. Şəkər xəstələri arasında 10 azyaşlı uşaq da var. Uşaqlarla bağlı bir faktı qeyd etmək yerinə düşər. 1989-cu ildə Ağdam rayonunda 1-2 nəfər uşaqda qıcolma baş verirdisə, hazırda doğulan uşaqların təxminən 60%-də bu xəstəlik baş qaldırır.
Əvvəlki dövrdə Ağdamın xəstəxana problemi olub. Belə hallar da insanların müalicə işlərinə mənfi təsir göstərib. Onu qeyd etmək lazımdır ki, yeni xəstəxananın tikintisinə 2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə başlanılıb və 2009-cu ildə bu iş başa çatıb. Quzanlıda digər belə səhiyyə ocaqları da tikilib istifadəyə verilib. Təbii ki, belə şərait həmin ərazidə yaşayan əhalinin daha yaxşı müalicə almasına şərait yaradır.
Ağdam rayon uşaq polikilinikasından verilən məlumata görə, azalan xəstəliklər də var. Azərbaycan hökuməti tərəfindən qaçqın (çadır) şəhərciklərinin ləğv edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması, müasir tipli xəstəxanaların tikilməsi və bunların avadanlıqlarla təmin edilməsi bəzi xəstəliklərin, o cümlədən revmatizm və böyrək xəstəliklərinin azalmasına təsir edib.
-Ətraf aləmə vurulan zərbə necə qiymətləndirilə bilər?
- Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Verilən məlumata görə, həmin o Şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığılması müşahidə edilib.
İşğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yeddixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar (18 minə yaxın) otlaq sahəsi ötən illər ərzində yandırılıb. Ümumilikdə, Ağdamın turizm potensialına vurulan zərbəni araşdırsaq, bu, 2 milyard manata yaxındır.
-Bu cür itkiləri qiymətləndirmək üçün dünyada mövcud olan metodologiyalar necədir?
- Müharibə nəticəsində insan faktoruna və ümumilikdə iqtisadiyyata vurulan zərbənin öyrənilməsi, qiymətləndirmənin aparılması və günahkarlar tərəfdən zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı dünyada müxtəlif metodologiyalar var. Biz bu araşdırma dövründə həmin təcrübələrə nəzər saldıq.
Yalnız bir faktı qeyd etmək istərdik. Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına (yəhudilərə) 1 milyard dollar təzminat ödəməyi boynuna götürdü. Təzminat 2017-ci ilədək veriləcək. Bu vaxta qədər isə yəhudilər Almaniya hökumətindən 70 milyard dollar təzminat alıblar…
-Bəs biz münaqişədə ziyan çəkən tərəf kimi bu vasitələrdən niyə yararlana bilmirik?
- Ümumiyyətlə, münaqişələr dövründə insan faktoruna vurulan zərbənin öyrənilməsi və qiymətləndirmənin aparılması ilə bağlı müxtəlif təcrübələr var. Belə təcrübələrdən faydalanmaq erməni təcavüzünün mahiyyətini daha peşəkar səviyyədə açmağa təkan verər. Bu sahədə aparılan işlərə ən azından vətəndaş olaraq hər birimiz dəstək göstərməliyik. Belə layihələri həyata keçirən QHT-lərin isə ixtisaslaşmasına ehtiyac var. Sonda xatırlatmaq istəyirəm ki, yaxın zamanlarda araşdırmalarla bağlı daha ətraflı məlumat almaq üçün www.fact-info.az” saytına müraciət edə bilərsiniz. “www.fact-info.az” (Fakt Azərbaycan) analitik və xəbər portalına Azərbaycan, ingilis dilləri ilə bərabər, son dövrlər rus dili versiyası da əlavə olunub. Materiallar gündəlik olaraq yenilənməkdədir. Səhifədə Qarabağın və ümumilikdə Azərbaycanın tarixi, mədəniyyəti, dəyərləri və s. haqqında analitik yazılara, müsahibələrə və müasir gündəmlə bağlı xəbərlərə yer verilir. Dağlıq Qarabağın dünəni və bu gününə həsr olunan məlumatların toplanması və bu sahədə tədqiqatların aparılması davam edir. Bu gün Azərbaycanın ən ağrılı məsələlərindən sayılan Dağlıq Qarabağ probleminin və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıların obyektiv araşdırılması, elmi yanaşma nəticəsində həqiqətlərin ortaya qoyulması zərurəti var. “Fact-info.az” saytı bu baxımdan daim yenilənir. Azərbaycanın dəyərlərinin təbliği hədəfimizdir. Dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycanın təbiəti, mədəniyyəti, zəngin keçmişi, tarixi abidələri və s. bağlı əgər araşdırmaları varsa, bizə müraciət etsinlər. İnternet səhifənin elektron poçt ünvanı və telefon vasitəsilə ilə əlaqə saxlaya bilərsiniz. Elmi-tədqiqatlara, jurnalist araşdırmalarına önəm veririk.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info