“Azərkosmos” üçün universal stansiya inşa ediləcək
Tarix: 07.08.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


«Azərkosmos» ASC üçün universal stansiyanın tikintisinə bu ilin sonunadək başlanması nəzərdə tutulur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır. Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsi gələcəkdə bir sıra mühüm məqsədlərə nail olunmasına imkan yaradacaq.
Bu məqsədlərə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir. Bununla yanaşı, «Azərkosmos» ASC yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə aparılmış danışıqların nəticəsi olaraq razılaşdırılmış distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarının optik və radar peyk təsvirləri ilə təchiz edilməsinə başlayıb. Paralel olaraq yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə planlaşdırılır. «Bu istiqamətdə istehsalçı şirkətlərlə danışıqlar aparılır. «Azərkosmos» ASC-də «ISO 9001:2008» auditi keçirilərək «Bureau Veritas»ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatının əldə olunması təmin olunub. Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər artıq tərtib edilib», - deyə nazirliyin məlumatında bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ramazan bayramı günlərində əhalinin telekommunikasiya və informasiya texnologiyaları, o cümlədən mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. Bu məqsədlə bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək. Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində telefonların işinin daimi təmin edilməsi məqsədilə, rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. Abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Azeri Light”ın bir barreli 35,84 dollara satılır
29.05.2020
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
28.05.2020
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info