Ərdoğan və xanımı Özilin toyunda şahid oldular
Tarix: 08.06.2019 | Saat: 08:06:00 | E-mail | Çapa göndər


Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub.
Trend-in məlumatına görə, futbolçunun toyunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan da iştirak ediblər. T.Ərdoğan və xanımı toyda nikah şahidi qismində də çıxış ediblər.
Futbolçunun toyunda nitq söyləyən Türkiyə lideri cütlüyə xoşbəstlik arzu edib və nikahı təsdiq edən sənədi Ə.Gülşeyə təqdim edib.
Toy mərasimi İstanbulda ailə üzvlərinin və dostların iştirakı ilə keçirilib.
Xatırladaq ki, ötən il Dünya Çempionatından öncə M.Özil Londonda işgüzar səfərdə olan Türkiyə prezidenti ilə görüşmüşdü. Görüşdən sonra türk futbolçu Almaniya azarkeşləri, KİV və siyasətçiləri tərəfindən qınaq oyektinə çevrilmişdi.
M.Özil isə öz növbəsində ötən il 22 iyul tarixində Almaniya millisində karyerasını başa vurmuşdu və bildirmişdi ki, buna səbəb azarkeşlər və siyasətçilər tərəfindən ona qarşı irqçilik sərgilənməsi olub. Futbolçu hesab edir ki, onlar siyasi təbliğat məqsədi ilə onun türk olmasından istifadə edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbolçunun qərarını dəstəkləyərək bildirmişdi ki, onun bu qərarı millətin və vətənin maraqlarına tam cavab verir.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
03.04.2019
“Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”
19.03.2019
AVROMED xalqımızı Novruz bayramı münasibətilə təbrik edir!
26.02.2019
Anadolu Agentliyinin Xocalı soyqırımını anım günü ilə bağlı Bakıdan yaydığı foto
13.02.2019
Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info