Paşinyandan Ermənistandakı “qaralar”a dəstək
Tarix: 09.06.2019 | Saat: 14:03:00 | E-mail | Çapa göndər



Ötən gün Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa verib. Özünün şəxsi “Facebook” səhifəsində bu barədə bəyanatla çıxış edən Zeynalyan, öz növbəsində, vaxtilə Ədliyyə Nazirliyinə namizədliyini təklif etmiş baş nazir Nikol Paşinyana da minnətdarlıq etməyi unutmayıb. Maraqlıdır ki, Zeynalyanın qeyd etdiyi bəyanatda onun istefasının səbəbləri barədə dəqiq bir fikir yoxdur. Bundan əlavə, bəzi erməni siyasətçilər artıq sabiq ədliyə nazirinin Nikol Paşinyanın “şəninə” səsləndirdiyi gözəl sözlər arxasında maskalandığı anlamını da irəli sürürlər.

Qeyd edilməlidir ki, Zeynalyanın tutduğu vəzifədən istefasının Ermənistan Ali Məhkəmə Şurasının sədr əvəzi Ğevorq Danielyanın istefasından bir neçə saat sonraya təsadüf etməsi də diqqət çəkən məsələ kimi bu gün də Ermənitan gündəmindədəir. Artıq erməni KİV-ləri ölkədəki istefaların hələ bir müddət davamlı olacağını da iddia edirlər. Onlar son zamanlar Paşinyan hökumətində "filtrasiya"ya, yəni hökumətdə gedən qütbləşmədə baş nazirə sərf etməyən məmurlardan təmizlənməni əsas kimi ğöstərirlər. Erməni mətbuatının iddiasına görə, əslində ölkədəki parlament seçkilərindən sonra Artak Zeynalyan uduzmuş siyasi qrup nümayəndəsi kimi ölkənin heç bir nazir postuna təyin edilməməli idi: “…Məhz bu mənada, anlamaq mümkündür ki, Artak Zeynalyan istefa verməyib, o sadəcə olaraq, buna təhrik edilib. Əslində bu gün o, siyasi prinsipsizliyi üçün "kompensasiya alır (1in.am)".
Maraqlıdır, elə bu gün də erməniləri “ağ” və “qara”ya bölən Nikol Paşinyan atdığı son addımlarla ikincilərə “dəstək” verdiyinin fərqinə varırmı?
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Dmitri Peskov İdlibdǝki vǝziyyǝti qiymǝtlǝndirib
19.02.2020
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
19.02.2020
Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır…
18.02.2020
Surkov prezidentin köməkçisi vəzifəsindən azad edilib
18.02.2020
Paşinyan çox narahatdır: vəziyyət uzun müddət belə davam etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info