ATMU-da Tədris Metodik Şuranın iclası keçirilib
Tarix: 10.06.2019 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tədris metodik şuranın iclası keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru, TMŞ-nın sədri Hüseyn Həsənov 2018/2019-cu tədris ilinin yaz imtahan sessiyasına hazırlığın yekun nəticələrini diqqətə çatdırıb. Tədris metodik şöbənin müdiri Simnar Mamedov imtahana nəzarət komissiyasının yaradıldığını, imtahan biletlərinin dekanlıqlara təhvil verildiyini bildirib.Şura üzvlərindən Zaur Bağırov, Novruz Quliyev, Bahadur Bilalov, Vüqar Nəzərov və digər struktur rəhbərləri yaz imtahan sessiyasına hazırlığı qənaətbəxş hesab ediblər.
Rektor müşaviri Elvin Yusifli diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyinin təşəbbüsü və maliyyə dəstəyi, BMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə ali təhsil müəssisəsində “TedQual” və “ISO 9001” sertifikatların əldə edilməsini şərtləndirən təlim-tədris-tədqiqat üzrə fəaliyyətin yenidən qiymətləndirilməsi, hədəf bilinən sertifikatların alınması istiqamətində zəruri yoxlamalara start verilib. E.Yusifli “TedQual” sertifikatı təlim-təhsil-tədqiqat sahələrini ehtiva edən əhəmiyyətli tanınma sənədidirsə, “ISO 9001” keyfiyyəti idarəetmə standartı kimi əhəmiyyətlidir-deyib. Elə bu səbəbdən ATMU hər iki sertifikatdan faydalanıb və beynəlxalq nüfuz dairəsində yer almaq niyyətindədir.
ATMU Tədris metodik şuranın iclasında “Xidmət mühəndisliyi” fakültəsinin dekanı Kənan Allahverdiyevin təqdimatı əsasında mövcud strukturun “Sosial menecment” fakültəsi adlandırılmasıtəklifi Elmi Şura iclasının gündəliyinə daxil edilməsi tövsiyə olunub. ATMU-da yaz imtahan sessiyasına başlanılıb. Yaz imtahan sessiyası iyulun 5-də başa çatacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
15.10.2019
AZTA və Özbəkistanın turizmin inkişafı üzrə dövlət komitəsi Memorandun imzalayıblar
11.10.2019
Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib
08.10.2019
Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır
07.10.2019
Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info