“Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
Tarix: 11.06.2019 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


TANAP-ın açılış mərasimindən bir il keçir: Türkiyəyə bir ildə ötürülən qaz miqdarı 1,8 milyard kubmetrə çatıb


Son illər ərzində öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Ən böyük layihələrdən biri hesab edilən TANAP qardaş Türkiyəylə olan əlaqələri daha da sıxlaşdırır. Azərbaycanın reallaşdırdığı nəhəng layihələr dünya mediasının da diqqət mərkəzindədir. Belə layihələrdən biri olan TANAP-la bağlı Türkiyə mətbuatında ardıcıl yazılar dərc edilir. “Aa.com.tr” saytında dərc edilən “TANAP-dan bir ildə 1,8 milyard kubmetr qaz gəldi” başlıqlı yazı da bu nəhəng layihənin rəsmi açılışının bir illiyinə həsr edilib.
Yazıda qeyd edilir ki, Azərbaycan qazını Türkiyə və Avropaya çatdıracaq Trans Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) rəsmi açılış mərasimindən bir il keçir. TANAP-dan Türkiyəyə bir ildə ötürülən qaz miqdarı 1,8 milyard kubmetrə çatıb.
TANAP-da ilk addım, Türkiyə-Azərbaycan arasında 24 dekabr 2011-ci ildə imzalanan razılaşma ilə atıldı. Bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən TANAP Təbii Qaz Nəqli şirkəti yaradılıb. Şirkətə TANAP-ın dizaynını, tikintisini və istismarını tamamlamaq üçün layihə sahibi kimi səlahiyyət verdilər. Layihənin hüquqi infrastrukturu 26 iyun 2012-ci ildə İstanbulda Türkiyə və Azərbaycan arasında imzalanmış hökumətlərarası saziş və "Ev Sahibi Hökumət Sazişi" ilə yaradıldı. Bu anlaşma 10 sentyabr 2014-cü il tarixində TBMM tərəfindən təsdiqləndi.
Ümumi uzunluğu 3500 kilometr uzunluğunda olan və Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən 1850 km uzunluğunda olan nəhəng boru kəmərinin təməl atma mərasimi 2015-ci il martın 17-də Qarsda Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Ardahanın Posof qəsəbəsinin Türkgözü kəndində başlayan hissəsi, Qars, Ərzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Biləcik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaqla 20 vilayət və 67 qəsəbədən keçərək Türkiyə-Yunanıstan sərhədində sona çatır.
Ümumi tutumu 16 milyard kubmetr olan boru xəttinin, Türkiyə-Gürcüstan sərhədində başlayan və Eskişehir çıxış stansiyasına çatan Faza 0 hissəsində ilk test qazı 23 yanvar 2018-ci ildə vurulub. Faza 0-ın rəsmi açılışı 12 İyun 2018-ci ildə Eskişehirdə, Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Rəsmi açılışdan sonra 30 iyun tarixində kommersiya əməliyyatları başlayıb.

2021-ci ildə hədəf 6 milyard kubmetrdir

Layihənin ən yüksək fəaliyyət dövründə 13 min nəfər işlə təmin olunub, 82 milyon adam / saat iş görülüb, 175 milyon kilometr isə məsafə qət edilib.
Cənub Qaz Dəhlizinin 51 faiz, BOTAŞ-ın 30 faiz, BP-nin 12 faiz və SOCAR Türkiyənin 7 faiz hissəsinin olduğu TANAP-ın 1110 metrlik Sakarya keçidi, Avropanın ən uzun çay keçidi olan boru xətti layihəsi olub.
İnvestisiya xərci 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsinin 7 milyard dollarlıq qismini təşkil edən TANAP-dan, ilk ildə 1,8 milyard kubmetr qaz Türkiyəyə çatdırılıb. Boru xəttindən Türkiyəyə gələn qaz miqdarının 2021-ci ildə 6 milyard kubmetrə çatması planlaşdırılır. Qalan 10 milyard kubmetr təbii qaz Trans Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəql ediləcək. TANAP, Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşdikdən sonra Albaniya və Adriatik dənizini keçərək İtaliyaya qədər uzanacaq. 2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir.

"Böyük bir işə imza atdıq"

TANAP-ın baş direktoru Saltuk Düzyol Türkiyə və Azərbaycan əməkdaşlığının müvəffəqiyyətli layihələrindən olan TANAP-ı hər hansı bir mənfi hal yaşanmadan, planlaşdırılan zamanda tamamlanmasından qürur duyduqlarını bildirib.
Beynəlxalq standartlara uyğun olaraq icra edilən işin, planlaşdırılan şəkildə, layihə təqviminə uyğun olaraq tamamlandığını vurğulayan Düzyol deyib: “Türkiyəni Şərqdən Qərbə keçən 1850 kilometrlik marşrut boyunca çox fərqli coğrafiya və iqlim şəraitində çalışaraq, keçdiyimiz hər nöqtədə insana və ətraf mühitə hörmətlə yanaşmaqla böyük bir işə imza atdıq”.
Düzyol, Avropaya təbii qaz nəqli üçün lazım olan Faza 1 hissəsinin qurulmasının tamamlandığını söyləyib. O, bu ilin aprel ayında Faza 1-də başladıqları xətt doldurma işlərində sona yaxınlaşdığını deyib: “Xətti doldurma qazının iyun ayının ortalarında ölçmə stansiyasına 4-ə çatdırılması planlaşdırılır. Bu hissənin ümumi inkişaf səviyyəsi 99 faizdir”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Prezident: Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun
23.10.2019
Çin Türkiyə-Rusiya arasındakı razılığa münasibət bildirib
23.10.2019
Prezident: Elə bir şərait yaradılmalıdır ki, hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun
23.10.2019
Prezident Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirini qəbul edib
23.10.2019
Prezident İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info