Vaşinqtonda ABŞ-ın Azərbaycan icmasının nümayəndələri ilə görüş olub
Tarix: 11.06.2019 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqton və ətraf ştatlarda yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüşüb. ABŞ-Azərbaycan Ticarət Palatasında təşkil olunan naharda icma fəalları, eləcə də azərbaycanlı elm və biznes nümayəndələri iştirak ediblər. Palatanın icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonağı və icma nümayəndələrini salamlayıb, Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə təşkilatın dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib. Hikmət Hacıyev azərbaycanlı icma nümayəndələri ilə görüşdən, eləcə də ABŞ-da yaşayan soydaşlarımızın Azərbaycanla sıx bağlılıqlarının olduğunu görməkdən məmnunluğunu ifadə edib. Şöbə müdiri bunun Vaşinqtonda və digər ştatlarda fəaliyyət göstərən Azərbaycan məktəbləri və təşkilatlarının fəaliyyəti, eləcə də icmanın aktiv üzvlərinin sosial media üzərində fəaliyyətləri ilə daha qabarıq görünməsinin xüsusi qürurverici hal olduğunu deyib. Səfir Elin Süleymanov iki ölkə arasında münasibətlərin inkişafında azərbaycanlı icmanın rolundan bəhs edib. Azərbaycanın bu və ya digər sahədə tanınmasında, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında ABŞ-da yaşayan soydaşlarımızın əhəmiyyətli rolunun olduğunu bildirib. Görüşdə icma nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, irəli sürülmüş təkliflər üzrə müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20.06.2019
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
20.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
19.06.2019
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
19.06.2019
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info