“Paşinyan eyforiyası”nın sonu: “Hərc-mərclik, qeyri-sabitlik insanları yorub”
Tarix: 11.06.2019 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Viqen Akopyan: “Paşinyanın namizədinin məğlubiyyəti hakim partiya üçün növbəti xəbərdarlıqdır”

Ermənistanın Abovyan şəhərində keçirilən qubernator seçkilərində Paşinyanın namizədi məğlub olub. Maraqlıdır ki, öz məğlubiyyətini qəbul etmək məcburiyyətində qalan erməni baş nazir özünü o yerə qoymayıb: “Müəyyən yerdə qələbə qazanan hakimiyyət nümayəndələri məğlubiyyətdən də sığortalanmayıblar”.
Əslində isə o partiyasından irəli sürülən namizədin - Qriqor Qulyanın məğlubiyyətini heç cür həzm edə bilmir. Təsadüfi deyil ki, baş nazir seçkidən əvvəl “Mənim addımım” partiyası nümayəndələrini “Vətəndaş müqaviləsi” partiyasının namizədini dəstəkləməyə çağırmışdı. Lakin hadisələrin sonrakı gedişatı erməni baş nazirin nüfuzunun artıq təkcə İrəvanda deyil, əyalətlərdə də aşağı düşdüyünü ortaya qoydu. Məsələn, erməni siyasətçi Narek Malyan Abovyandakı məğlubiyyəti baş nazir Nikol Paşinyan üçün ən utancverici məğlubiyyət kimi dəyərləndirib. Burada maraqlı məsələ Ermənistanın ən zəngin adamlarından biri olan Qaqik Tsarukyanın bundan sonra Abovyan və Kotayk bölgəsinə sərmayə yatırması ilə bağlıdır. “Armenianreport.com” yazır: “Bu, mütləq gələcək siyasi siyasi proseslərdə də əks olunacaq”. Belə çıxır ki, artıq Paşinyanın gələcək narahatçılığı üçün əsas yetişməkdədir. Abovyan və Kotaykın Qaqik Tsarukyanın nüfuz dairəsində olduğunu nəzərə alsaq, gələcəkdə bu nüfuzun ətraf rayonlarada sirayət edəcəyi elə də bir şübhə doğurmur.
Xatırladaq ki, Abovyanda şəhər merliyinə iddialı 5 namizəd arasında Vaqan Qevorkyan 8453 səslə qalib olub. Xatırladaq ki, Vaqan Qevorkyan «Çiçəklənən Ermənistan» partiyasının lideri, deputat Qaqik Tsarukyan tərəfindən dəstəklənir. “Biz Abovyanı oyatmağı bacardıq. Bizim qələbə qazanmaq üçün bir neçə yüz səsimiz çatmadı. Ancaq ümidsiz olmağa dəyməz” – deyə Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından məğlub olan namizədi Qriqor Qulyan bildirib.
Əslində, bu proseslər təsdiqləyir ki, Ermənistan daxilində siyasi çəkişmələr daha da artacaq. Abovyandakı seçkilər erməni çəmiyyətinin artıq Paşinyan hakimiyətinin anlaşılmaz şüarlarından yorulduğunun göstərir. Erməni siyasətçi Viqen Akopyan ölkədəki son prosesləri belə dəyərləndirib: “Artıq ermənilərin tələbləri başqadır. Onlar neçə müddətdir xalqa yalan vədlər verən Nikol Paşinyandan konkret iş gözləyirlər. Ölkədəki hərc-mərclik, qeyri-sabitlik insanları yorub. Paşinyanın namizədinin məğlubiyyəti hakim partiya üçün növbəti xəbərdarlıqdır. Bunu artıq “Paşinyan eyforiyası”nın bitdiyinin göstəricisi kimi qəbul etmək olar”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub
26.06.2019
Gürcüstanda parlamentin sədri dəyişdi
25.06.2019
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü
25.06.2019
Robert Koçaryan yenidən həbs edildi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Heydər Əliyev və bələdiyyələr
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info