“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
Tarix: 11.06.2019 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Amerika yazıçısı Ernest Heminqueyə həsr olunmuş “Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib. Bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib. Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Ernest Heminqueyin yaradıcılığından bəhs edib. Akademik bildirib ki, Heminquey XX əsr dünya nəsrinin görkəmli yaradıcılarından biridir. Onun “Qoca və dəniz” əsəri II Dünya müharibəsindən sonra bəşəriyyəti sülhə çağıran ən yaxşı əsərlərdən biridir. O, Heminqueyin Azərbaycanda da çox sevildiyini, əsərlərinin tərcümə olunaraq dəfələrlə çap olunduğunu diqqətə çatdırıb. Daha sonra ABŞ-ın ölkəmizdəki səfirliyinin Mətbuat şöbəsinin müdiri Natan Cons çıxış edərək Amerika yazıçısının həyatı yaradıcılığından danışıb və Ədəbiyyat İnstitutuna təşkilatçılığa görə minnətdarlığını bildirib. Sessiyada Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəylinin “Ernest Heminqueyin əsərləri Avropa dillərində”, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyevanın “Ernest Heminqueyin əsərlərinin strukturu və Amerikan taleyi”, filologiya üzrə elmlər doktoru, dosent Səkinəxanım Vəliyevanın “Azərbaycan filoloji və ədəbi mühitində Ernest Heminquey yaradıcılığı”, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Ernest Heminquey Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədovanın “Ernest Heminquey Mərkəzinin fəaliyyəti” mövzularında məruzələri dinlənilib. Tədbirdə nasir, publisist, Heminqueyin əsərlərini dilimizə tərcümə edən Nəriman Əbdülrəhmanlı yazıçı ilə bağlı fikirlərini bölüşüb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib
17.10.2019
BDU-nun 100 illik yubileyi ADPU-da qeyd edilib
17.10.2019
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17.10.2019
Nazir: “2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info