Yaponiyanın Baş naziri son 41 ildə ilk dəfə İrana rəsmi səfərə yola düşüb
Tarix: 12.06.2019 | Saat: 08:51:00 | E-mail | Çapa göndər



Yaponiyanın Baş naziri Şinzo Abe iyunun 12-də İrana rəsmi səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində onun İranın Ali rəhbəri Ayətullah Əli Xameneyi və Prezident Həsən Ruhani ilə görüşəcəyi gözlənilir.
“Yaxın Şərqdəki gərginlik narahtlıq yaradır. Beynəlxalq ictimaiyyətin məsələyə diqqətini nəzərə alaraq, öz imkanlarım daxilində həmin regionda sülhü və sabitliyin bərpasında rol oynamağa çalışacağam. Yaponiya ilə İran arasında ənənəvi dostluq münasibətlərinə arxalanaraq, Prezident Həsən Ruhani və Ali rəhbər Ayətullah Əli Xameneyi ilə gərginliyin azaldılması üçün açıq fikir mübadiləsi aparmaq niyyətindəyəm”, - deyə Ş.Abe uçuş rərəfəsində NHK telekanalına bildirib.
Xatırladaq ki, Yaponiyanın Baş naziri son dəfə 1978-ci ildə, şahın devrilməsindən və islam respublikasının elan edilməsindən qabaq İrana səfər edib.
Səfər zamanı müzakirələrin əsas mövzusunun İran ilə nüvə razılaşmasının saxlanmasının olacağı gözlənilir. Bu ərəfədə Pekinin İran neftini almaqdan imtina etməsi Vaşinqtonun daha böyük ticari anlaşmaya qoşulmasına imkan yaradır.
Mayın 8-də İran ABŞ-ın nüvə razılaşmasından çıxmasının bir ilinin tamam olması ərəfəsində bu razılaşmanın uranın zənginləşdirilməsi və ağır su ilə bağlı bəzi maddələrinin icrasını dayandırdığını bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb
26.06.2019
Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info