BƏƏ-də “onlayn dilənçi” 17 gündə 50 min dollar qazanıb
Tarix: 12.06.2019 | Saat: 08:52:00 | E-mail | Çapa göndər



Dubayda yaşayan xarici vətəndaşlığı olan qadın sosial şəbəkələrdə özünü bədbəxt nikahın qurbanı kimi qələmə verərək, yerli əhalidən 17 gündə 184 min dirhəm (50 min dollar) əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dubay polisinin rəsmi hesabatında deyilir.
Dubay polisinin cinayət işlərinin araşdırılması üzrə departamentinin rəisi Camal Salem Əl Callaf bildirib ki, bu qadın dələduzluq məqsədilə Facebook, Instagram və Twitter sosial şəbəkələrində ünvan açaraq, orada ayrıldığı həyat yoldaşının yanında uzun illər yaşayan uşaqlarının şəkillərini yerləşdirib. Övladlarının şəkillərindən yardım istəmək məqsədilə istifadə edən qadının keçmiş həyat yoldaşı bu barədə qohumları vasitəsilə xəbər tutan kimi “onlayn eCrime” platforması vasitəsilə polisə müraciət edib.
Camal Salem Əl Callaf, həmçinin bildirib ki, Ramazan ayı ərzində Dubayda 128 dilənçi saxlanılıb - 85 kişi və 43 qadın. Onlardan 108-i xarici vətəndaş, 19-u yerli və biri Fars körfəzindəndir. Saxlanılmış şəxslərdən müsadirə edilən pulun ümumi həcmi 38 min dirhəmdən çoxdur.
Qeyd edək ki, BƏƏ-də internet vasitəsilə dilənçilik etmək cinayət sayılır və bu cinayətə görə cəza tədbirləri qanunla tənzimlənir. Belə ki, cinayəti törətmiş şəxsləri azadlıqdan məhrumetmə və 25 mindən 50 min dirhəmə qədər cərimə gözləyir.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Uçan taksinin test uçuşunun ilkin mərhələsi uğurla başa çatdı
23.10.2019
2030-cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər
23.10.2019
Bananda olan gizli təhlükə
22.10.2019
Müdirlərə qadın katibə rəsmən qadağan olundu
22.10.2019
500 tələbədən möhtəşəm fləşmob: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info