Azərbaycanda məktəblərin 30 faizi dərsləri iki və ya üç növbədə keçir
Tarix: 12.06.2019 | Saat: 09:07:00 | E-mail | Çapa göndər


Azərbaycanda ümumtəhsil müəssisələrinin (sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr, internat mәktәblәri vә siniflәr istisna olmaqla) 69,2 faizi dərslərini bir, 30,8 faizi isə iki və ya üç növbədə keçir.
Trend-in məlumatına görə, 2018-2019-cu tədris ilində ölkədə 4 394 ümumtəhsil müəssisəsi olub ki, onun 3 039-u bir, 1 355-i iki və ya üç növbədə tədris prosesini həyata keçirib.
Ümumilikdə məktəblərdəki şagirdlərin sayı 1 milyon 543,1 min nəfər olub. Onların 84,7 faizi, başqa sözlə 1 miyon 307,3 min nəfəri 1-ci növbə üzrə, 15,3 faizi, yəni 235,8 min nəfəri iki və üçüncü növbə üzrə təhsil alır.
2017-2018-ci tədris ilinə nisbətən 2018-2019-cu tədris ilində birinci növbədə dərs keçirilən məktəblərin sayı azalıb, ikinci və ya üçüncü növbədə dərs keçirilən məktəblərin sayı çoxalıb.
2017-2018-ci tədris ilində 3 144 məktəb dərslərini birinci növbədə, 1 250 məktəb ikinci və ya üçüncü növbədə keçib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26.06.2019
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib (FOTO)
25.06.2019
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25.06.2019
İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu
25.06.2019
Liseylərə qəbul üzrə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Heydər Əliyev və bələdiyyələr
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info