Donald Tramp Kim Çen Indan dostluq mesajı alıb
Tarix: 12.06.2019 | Saat: 12:27:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan “çox isti” və “çox gözəl” mesaj aldığını deyib.
AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, Donald Tramp Vaşinqton və Pxenyanın yaxın gələcəkdə daha bir sammit keçirməyə və sazişə nail ola biləcəyinə əminliyini ifadə edib. “Kim Çen In hələ ki, sözünün üstündə dayanır və bu mənim üçün çox vacibdir”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Sammit nəticəsiz başa çatsa da, liderlər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb
26.06.2019
Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info