DGK-nın Tibbi Xidmət İdarəsi Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib
Tarix: 12.06.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı çərçivəsində 10-12 iyun 2019-cu il tarixlərində Mərkəzi Gömrük Hospitalında aparıcı mütəxəssislərin iştirakı ilə müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi və seminarlar keçirib.
Florence Nightingale Xəstəxanalar Qrupunun direktor müavini Dr. Sinan Nazif Aranın rəhbərlik etdiyi Türkiyənin 7 nəfərdən ibarət yüksək ixtisaslı mütəxəssislər heyəti müasir tibb sahəsində infeksiya nəzarəti, tibb bacısı xidmətində beynəlxalq standartlar, beynəlxalq akkreditasiya, xəstəxana xidmətlərində keyfiyyətə nəzarət, insan resursları, marketinq və digər sahələr üzrə öz təcrübələrini hospitalın tibb və inzibati idarəetmə heyəti ilə bölüşüb. Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət işçi qrup görüşlərində müasir tibbi xidmətin hər bir sahəsində ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiq edilməsinə xüsusi diqqət ayrılıb. Türkiyə mütəxəssisləri Mərkəzi Gömrük Hospitalın tibb və inzibati idarəetmə heyətinin potensialını yüksək qiymətləndirərək müsbət fikirlər söyləyiblər.
Qeyd edək ki, 3 may 2019-cu il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence Nightingale Xəstəxanalar Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində iyun ayından etibarən Mərkəzi Gömrük Hospitalın tibb bacıları və tibb qardaşları Florence Nightingale Xəstəxanalarında çalışacaq və eyni zamanda Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universitetində təhsil alacaqlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Müəllim və tələbələrə şad xəbər: 2020-ci ildə…
23.10.2019
Polisdən təqdirəlayiq addım
23.10.2019
Toylarda buna əməl etməyən sahibkarlar 6 min manata qədər cərimələnəcəklər
23.10.2019
Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir
23.10.2019
Azərbaycanda istehsal edilən spirtli, energetik içkilər və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info