ADDA-nın yataqxanasından reportaj: Böyük ailənin böyük evi
Tarix: 12.06.2019 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


“Başının üstündə bir damın olsun” ifadəsi insan üçün həmişə aktualdır. Uşaqkən hər birimizin yaşamağa, dərslərimizi oxumağa, dostlarla xoş vaxt keçirməyə evimiz olur. Sonra böyüyürük, orta məktəbi bitiririk, bəzilərimizin ali məktəbə qəbul şansı yaranır. Beləliklə, tələbəlik həyatı başlayır. Bakıya oxumaq üçün başqa bölgələrdən gələn bir qisim tələbənin isə xüsusi həyatı olur. Söhbət yataqxana həyatından gedir.
Yataqxananın yerləşdiyi ərazidən tutmuş orada yaradılan şərait, işçilərin münasibəti demək olar ki, tələbənin yaddaşından heç vaxt silinmir. Çünki, o buranı özünə ikinci ev hesab edir.
Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanası Bakının mərkəzi küçələrindən biri olan Üzeyir Hacıbəyli 114 ünvanında yerləşir. Beşmərtəbəli binada yerləşən yataqxanada ümumilikdə 312 yataq yerinə malik 104 otaq var. 2, 3 və 5 tələbənin birlikdə qalması üçün nəzərdə tutulan otaqlar müvafiq olaraq 12, 18 və 23 kvadratmetr sahəyə malikdir.
Yataqxanada hər tədris ilinin əvvəlində tələbələr öz aralarında açıq səsvermə yolu ilə Tələbə Şurası seçirlər. İl ərzində Şura yataqxana sakinlərinin daxili nizam-intizam və gigiyena qaydalarına riayət etmələrinə nəzarət həyata keçirir, yataqxana ilə bağlı tələbələri narahat edən məqamları rəhbərliyə çatdırır.
ADDA tələbələri həftə içi 5 gün səhər və nahar yeməkləri ilə Akademiyanın yeməkxanasında pulsuz təmin olunurlar. Tələbə yataqxanada axşam yeməyini hazırlamaq istəsə, mətbəxdən sərbəst istifadə edə bilir. Mətbəx şənbə-bazar günləri də tələbələrin ixtiyarında olur.
Otaqların hamısı eynidir. Pəncərələrin demək olar ki, hamısı daim maşınların hərəkət etdiyi Üzeyir Hacıbəyli küçəsinə açılır.
Belə otaqların birində qalan tələbədən soruşuram:
– Bu səs-küydə normal yata bilirsiz?
– Elə yorğun oluruq ki, necə yuxuya getməyimizdən xəbərimiz olmur.
– Paltarlarınızı kim yuyur?
– Xanım işçilər. Üst geyimlərimizi istədiyimiz vaxt onlara veririk. Sağolsunlar, yuyub, ütüləyib qaytarırlar.
– Bəs, yataq dəstləri nə vaxt dəyişdirilir?
– On gündən bir bizə tər-təmiz dəst verilir. Hamam dəsmalları isə həftədə bir dəfə təmizi ilə əvəz olunur.
– Otaqlara baxış keçirilir?
– Hər gün otaqlarımıza baxış keçirilir. Sanitar qovşaqları da daim nəzarətdədir. Problem yarananda yataqxana rəhbərliyi aradan qaldırmaq üçün dərhal tədbir görür.
Başqa bir tələbə də söhbətimizə qoşulur:
– Bura bizim ikinci evimizdir. Biz də öz növbəmizdə çalışırıq ki, qaldığımız otaqları səliqəli saxlayaq. Səliqəli otağa görə Akademiyanın rəhbərliyi tərəfindən təşəkkürnamə alan tələbələr də olub.
– Asudə vaxtınızı necə keçirirsiniz?
– Birinci mərtəbədə istirahət otağımız var. Televizora baxırıq, söhbət edirik.
– Burada xarici tələbələr də qalır?
– Bəli, onlardan da yataqxanamızda qalan var.
Yataqxana direktorundan dəqiq məlumat alırıq: “Yataqxanada 8 əcnəbi tələbə qalır. Onlardan 6 nəfəri Türkiyədən, 2 nəfəri isə Türkmənistandan təhsil almaq üçün gələnlərdir”. Yataqxanada olduğumuz müddətdə imtahan sessiyasının vaxtı idi. Tələbələr kompyuter otağında imtahana hazırlaşırdılar. Bu otaqda onların internetə çıxışı da mövcuddur. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Odur ki, həm hazırda yataqxanada qalan tələbələrin, həm də bu il övladlarını Azərbaycan Dövlət Dəniz Akademiyasına təhsil almağa göndərmək istəyən abituriyentlərin valideynlərini ADDA-nın yataqxanasına dəvət edirik.
Gəlin, qapımız həmişə qonaqlar üçün açıqdır.




 
Bölməyə aid digər xəbərlər
24.10.2019
Türkiyədə 140-a yaxın qanunsuz miqrant saxlanılıb
23.10.2019
Prezidentin kadr və struktur islahatlarını İİTKM rəhbəri Vüsal Qasımlı şərh edir - VİDEO
23.10.2019
Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər
23.10.2019
Prezident: Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun
23.10.2019
Çin Türkiyə-Rusiya arasındakı razılığa münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info