Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
Tarix: 12.06.2019 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Bu ilin mayın 31-nə olan məlumata görə, Ermənistanın dövlət borcu 6 milyard 924,5 milyon dollar təşkil edib

Erməni iqtisadçılar ölkənin dövlət borcunun təhlükəli həddi keçdiyini elan ediblər. Bu barədə «Aysor» saytına danışan erməni iqtisadçı Vardan Bostançıyan Ermənistanın xarici borcunun yavaş templə də olsa artıq böyüyüb, təhlükəli həddə çatdığını etiraf etmək məcburiyyətində qalıb: «Əlbəttə, bütün hallarda kreditlər ölkənin inkişaf problemlərini həll etmək məqsədinə yönəlsə də etiraf edilməlidir ki, ötən illər ərzində alınan kreditlər ölkənin heç bir sahəsindəki inkişafa təsir göstərməyib. İndi problem bu vəsaitlərin səmərəli istifadəsi üçün müvafiq mexanizmlərin əldə edilməsindən ibarətdir».
Hazırkı hökumət proqramının lirik xarakter daşıdığını bildirən erməni iqtisadçı bunun ölkə üçün heç bir əhəmiyyət kəsb etmədiyni bildirib: «Hazırda prosesə əməl etmək üçün heç bir göstərici, meyar yoxdur. Məhz buna görə də dövlət borcu baxımından, biz hələ də qeyri-müəyyənlik içindəyik».
Xatırladaq ki, ermənilərin «Joxovurd» nəşri də Ermənistanın dövlət borcunun artıq təhlükəli həddə çatdığını etiraf etmək məcburiyyətinldə qalıb. Qeyd edək ki, bu ilin mayın 31-nə olan məlumata görə, Ermənistanın dövlət borcu 6 milyard 924,5 milyon dollar təşkil edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Ermənistan Rusiyanı türkmən qazı ilə şantaj edir
23.01.2020
Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info